Bu dəfə həm yaxşı oynadıq, həm də yaxşı nəticə qazandıq Röyal Nəcəfov
Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
1-ci Liqanın 7-ci turu çərçivəsində "Cəbrayıl"ı qəbul edən "Baku Sportinq" 2:0 hesablı qələbə qazanaraq xal hesabını 12-yə çatdırdı. Turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan Buzovna təmsilçisinin məşqçisi Röyal Nəcəfovla əlaqə saxlayıb qələbəni şərh etməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Matça ciddi hazırlaşmışdıq. Bilirdik ki, "Cəbrayıl"ın turnir cədvəlindəki mövqeyi ilə real performansı fərqlidir. Son turlarda oyunumuzda yüksəliş var. Əvvəlki 3 turda çox yaxşı futbol sərgiləsək də, bu, nəticələrdə əksini tapmırdı. Amma şükürlər olsun ki, bu dəfə həm yaxşı oynadıq, həm də yaxşı nəticə qazandıq. Oyundan-oyuna nəticələrimiz də yaxşılaşır, oyunumuz da... Çalışacağıq ki, daha da inkişaf edək, uğurlu nəticələr qazanaq".
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 06 Noyabr 2025 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















