Bu dəfə Melonini təhqir edib Diplomatik qalmaqal yaratdı
Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiyanın İtaliyadakı səfiri Aleksey Paramonov bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib.
Bakupost.az Qafqazinfo-ya istinadən xəbər verir ki, buna rusiyalı jurnalist Vladimir Solovyovun “Соловьев Live” kanalında İtaliyanın Baş naziri Corciya Meloninin ünvanına səsləndirdiyi təhqirlər səbəb olub.
Belə ki, Solovyov canlı efirdə çıxışı zamanı Meloninin ünvanına “faşist”, “xəyanətkar” kimi ifadələr işlədib: “Bu Meloni seçicilərini satmış faşistdir, çünki hakimiyyətə tamamilə başqa şüarlarla gəlmişdi. Xəyanət onun ikinci adıdır. O, əvvəllər sədaqət andı içdiyi Trampı da satdı”.
İtaliyanın Baş naziri də jurnalistin çıxışına reaksiya verib.
“Öz təbiəti etibarilə rejim təbliğatçısı olan biri azadlıq dərsi keçə bilməz. Lakin bu karikaturalar, şübhəsiz ki, bizi kursumuzdan döndərməyəcək. Biz, başqalarından fərqli olaraq, nə iplərə bağlıyıq, nə ağalarımız var, nə də əmr alırıq. Kompasımız təkdir: İtaliyanın maraqları”, - o, sosial şəbəkə hesabında yazıb.
Nazir bu cür çıxışların onu tutduğu yoldan döndərə bilməyəcəyini deyib.
Xatırladaq ki, Solovyovun daha əvvəl səsləndirdiyi ifadələrə görə Rusiyanın Ermənistandakı səfirinə dəfələrlə nota təqdim edilib. Bundan başqa, rusiyalı jurnalist işlətdiyi sözlərə görə Azərbaycandan dəfələrlə üzr istəməli olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 22 Aprel 2026 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















