Bu dəfə robotlar “etiraz aksiyası keçirdi” Video
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Polşanın paytaxtı Varşavada Rəqəmsal Texnologiyalar Nazirliyinin binası qarşısında qeyri-adi etiraz aksiyası təşkil edilib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, həmin aksiyada insanlar deyil, humanoid və dördayaqlı robotlar və bir neçə növ xidmət robotları iştirak edib.
“Demokratizm” təşəbbüsü tərəfindən təşkil edilən aksiya zamanı robotlar əllərində bayraqla “İş yerlərini qoruyaq” və “Tənzimləmə üçün vaxt yetişdi” kimi şüarlar səsləndiriblər.
Təşkilatçılar həmin robotlardan süni intellekt, robot və iş yerləri barədə məsələlərə diqqət çəkmək üçün istifadə ediblər.
Tədbirin təşkilatçısı Ceqoj Kulisin sözlərinə görə, insanabənzər robotların yaradılması əl əməyi tələb edən iş yerlərinə təsir edə bilər. O, həmçinin süni intellekt sistemlərinin məlumatların emal olunması, ofis işləri və xidmət sahəsində üzərlərinə daha çox tapşırıq götürdüyünə diqqət çəkib.
Polşanın rəqəmsal inkişaf naziri Kşiştof Qavkovski tədbirin təşkilatçıları ilə görüşərək bildirib ki, süni intellekt modelləri, xüsusən də humanoid robotlar və avtomatlaşdırma ilə birlikdə nəzarətsiz şəkildə inkişaf etdiriləcəyi təqdirdə cəmiyyət və əmək bazarı üçün çoxsaylı problemlər yarada bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 08 Sentyabr 2026 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















