Icma.az
close
up
RU
Bu dəfə Trüdonu ələ saldı Foto

Bu dəfə Trüdonu ələ saldı Foto

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Amerikalı milyarder İlon Mask Kanadanın Baş naziri Castin Trüdonun ölkəsinin suverenliyi barədə paylaşımını ələ salıb və onu “qız” adlandırıb.

“Qafqazinfo” xəbər verir ki, İlon Mask sahib olduğu “X” sosial şəbəkəsində yazıb. 

Belə ki, C.Trüdo “X” hesabında paylaşım edərək ölkəsinin heç bir halda ABŞ-nin bir hissəsi olmayacağını yazıb. Bununla belə, o qeyd edib ki, Ottava və Vaşinqton ticarət və təhlükəsizlik məsələlərində vacib tərəfdaşdırlar və bu əməkdaşlıq hər iki dövlətin vətəndaşlarının xeyrinədir. 

Bunun ardınca, İlon Mask kanadalı rəsminin paylaşımına “Qız, sən artıq Kanadanın qubernatoru deyilsən, buna görə də, nə dediyinin heç bir əhəmiyyəti yoxdur” şərhini yazıb. 

Bu, İlon Maskın sosial şəbəkədə birmənalı qarşılanmayan ilk belə addımı deyil. Bundan əvvəl bir qrup britaniyalı yüksəkvəzifəli şəxsin milyarderin sosial şəbəkələrdəki paylaşımlarına görə ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampa müraciət etdiyi məlum olmuşdu. Onlar Trampı milyarderlə münasibətləri yenidən nəzərdən keçirməyə çağırmışdılar.

Xatırladaq ki, C.Trüdo bir neçə gün əvvəl istefa vermək niyyətində olduğunu açıqlayıb. Onun sözlərinə görə, partiya sədrliyindən istefa versə də, Baş nazir postunda vəzifələrini hələlik icra edəcək. Baş nazir bununla yanaşı parlamentin martın 24-dək buraxılacağını da bildirib.

Onu da qeyd edək ki, Donald Tramp Kanadanın 51-ci ştat olaraq ABŞ-nin tərkibinə qatılmasını ötən il dekabrın 3-də Trüdo ilə görüşdə təklif etmişdi.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 Yanvar 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see600

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see436

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see352

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see265

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see244

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see237

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see234

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see231

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see230

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see227

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see225

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see211

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see210

Tramp pop mədəniyyət həvəskarlarının hədəfində Səbəb

08 Sentyabr 2026 15:18see206

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see203

Ukrayna şirkəti Azərbaycandan gedir

08 Sentyabr 2026 15:45see194

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see190

Filippotun iddiaları əsassızdır Politoloq

08 Sentyabr 2026 10:34see178

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see169

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri