Icma.az
close
up
RU
“BU, DƏHŞƏTLİ BİR PLANDIR...” “Keçmişə baxsaq, bu, ayaq tutmayacaq bir manevr də ola bilər”

“BU, DƏHŞƏTLİ BİR PLANDIR...” “Keçmişə baxsaq, bu, ayaq tutmayacaq bir manevr də ola bilər”

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Ukrayna Prezidenti Volodimir Zelenskinin bu gün - noyabrın 20-də Kiyevdə ABŞ Müharibə Nazirliyinin yüksək vəzifəli nümayəndələri ilə keçirəcəyi görüş, Vaşinqton və Moskvanın “gizli sülh planı” barədə yayılan məlumatlarla eyni vaxta təsadüf edib. Həmin planın Ukraynadan ciddi güzəştlər tələb etdiyi haqda xəbərlər həm Kiyevdə, həm də Qərb paytaxtlarında narahatlıq yaradıb.

Noyabrın 19-da axşam yayılan məlumatlara görə, ABŞ-nin hazırladığı yeni sülh təklifi Ukraynadan müharibəni dayandırmaq üçün ərazilərinin bir hissəsindən və bəzi silahlarından imtina tələb edir. Bu təkliflərə həmçinin:

Ukrayna Silahlı Qüvvələrinin sayının azaldılması;

ABŞ hərbi yardımının məhdudlaşdırılması;

Ukrayna ərazisində xarici qoşunların yerləşdirilməsinin qadağan edilməsi;

Kiyevin uzaqmənzilli silahlar almamasının təmin olunması kimi şərtlər daxildir.

“The Financial Times” və “Reuters” yazır ki, bu maddələr Rusiyanın 2024-cü ilin əvvəlindən irəli sürdüyü sərt tələblərlə praktiki olaraq üst-üstə düşür.

Xatırladaq ki, Donald Tramp yanvarda vəzifəyə keçəndən bəri Vaşinqton Moskva ilə birbaşa danışıqları intensivləşdirib.

Ukrayna rəsmiləri hələlik ictimai açıqlama verməyib. Təkliflə tanış olan bir ukraynalı məmur məlumatın doğru olduğunu təsdiqləsə də, əlavə şərhdən yayınmışdı. Zelenski isə həmin gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparmaq üçün Ankarada idi. O, əvvəllər də Moskvanın “ərazi güzəşti və zəiflədilmiş ordu” şərtlərini qətiyyətlə rədd etmiş, bunun Ukraynanı yeni işğal təhlükəsinə açıq buraxacağını demişdi.

Məsələnin ciddiliyini göstərən digər reaksiya keçmiş ABŞ səfiri Maykl Makfola məxsusdur: "Ümid edirəm ki, bu xəbər doğru deyil. Yazılanlar Ukraynanın, Avropanın və ABŞ-nin milli maraqları üçün çox pis razılaşmadır. Açığı, şokdayam".

Zelenski Telegram-da Türkiyəyə təşəkkür edərkən, eyni zamanda Trampın “qətiyyətli addımlarını” və “ədalətli hər bir təklifini” alqışladığını bildirib: "Və yalnız Prezident Tramp və Amerika Birləşmiş Ştatları bu müharibənin, nəhayət, bitməsi üçün yetərli gücə malikdir".

Bu təkliflər Zelenskini həm daxili, həm də beynəlxalq aləmdə çətin vəziyyətə sala bilər. Ukrayna ordusu cəbhədə daha böyük və daha yaxşı təchiz olunmuş Rusiya qüvvələrini çətinliklə saxlayır. Moskva da ağır itkilər verir, lakin hücum intensivliyini azaltmır.

Bununla paralel olaraq Rusiya artıq yorulmuş ukraynalıların ruhunu sındırmaq üçün ölkənin şəhərlərinə və enerji infrastrukturuna qışöncəsi güclü raket zərbələri endirir.

Atlantik Şurasının eksperti Den Frid ABŞ təklifini belə şərh edir: "Əgər mediada yazılanlar gerçəkdirsə, bu, dəhşətli bir plandır".

O əlavə edir: "Keçmişə baxsaq, bu, ayaq tutmayacaq bir manevr də ola bilər. Administrasiyanın Ukrayna ilə bağlı addımları nadir hallarda qorxduğumuz qədər pis olur, amma umduğumuz qədər yaxşı da olmur".

Sülh planı haqda xəbərlərin önə çıxdığı saatlarda Rusiya Ternopol şəhərində iki yaşayış binasını qanadlı raketlərlə vurub. Nəticədə azı 30 nəfər həlak olub, onlarla insan yaralanıb.

Bu hücum həm cəbhədəki gərginliyin, həm də Moskvanın danışıqların fonunda hərbi təzyiqi artırmaq niyyətinin göstəricisi kimi qiymətləndirilir.

Bütün bu proseslərlə yanaşı Ukrayna daxilində də siyasi gərginlik artır. Zelenski administrasiyası ətrafında böyük korrupsiya qalmaqalı dərinləşir, parlament üzvləri administrasiya rəhbəri Andrey Yermakın vəzifədən azad olunması tələbi ilə çıxış edirlər. Bu çağırışlar Zelenskinin mümkün sülh danışıqlarında mövqeyini zəiflədə və ABŞ təklifinə münasibətdə manevr imkanlarını məhdudlaşdıra bilər.

ABŞ-nin hazırladığı və Ukraynaya ciddi güzəştlər təklif edən sülh planı informasiya məkanına düşdüyü andan etibarən həm siyasi dairələrdə, həm də ictimaiyyət arasında güclü rezonans yaradıb. Əgər plan həqiqətən də açıqlanan maddələrdən ibarətdirsə, bu, yalnız Kiyev üçün deyil, bütövlükdə Avropa təhlükəsizliyi üçün yeni – və çox riskli mərhələnin başlanğıcı ola bilər.

Zelenski isə həm cəbhədə ağır durum, həm daxildə korrupsiya qalmaqalı, həm də ABŞ - Rusiya danışıqlarının özündənkənar aparılması fonunda ən çətin siyasi balans dövrünü yaşayır.

Rasim Əliyev

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 Noyabr 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see200

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see174

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see144

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see143

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri