Bu deputatların mandatı ləğv ediləcək Nizamnamədə dəyişiklik edildi
Icma.az, Bakupost saytına istinadən bildirir.
Naxçıvan Ali Məclisinin Daxili Nizamnaməsinə dəyişiklik edilib.
Bakupost.az Modern.az-a istinadən xəbər verir ki, dəyişikliyə əsasən deputatların iclaslarda iştirak qaydaları daha da sərtləşdirilib.
Yeni dəyişikliyə əsasən, deputatın üzrsüz səbəbdən iştirak etmədiyi iclasların sayı 10-dan 5-ə endirilib.
Mövcud qaydaya görə, Ali Məclisin sədri Ali Məclisin növbəti sessiyasının bütün iclaslarında və ya il ərzində Ali Məclisin 10 iclasında üzrsüz səbəbdən iştirak etməyən Ali Məclisin deputatı barəsində İntizam komissiyasına təqdimatla müraciət edir.
Yeni dəyişikliyə əsasən, deputatın mandatının itirilməsi proseduru daha erkən işə düşəcək. Yəni, 5 iclasda üzrsüz səbəbdən iştirak etməyən deputatın mandatı ləğv edilə bilər.
Bunun üçün Ali Məclisin sədri İntizam komissiyasına təqdimatla müraciət edir. İntizam komissiyası 2 həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə Ali Məclisin deputatı barəsində deputat səlahiyyətlərinin itirilməsi intizam tədbirinin tətbiq edilməsi haqqında rəy qəbul edir və Ali Məclisin müzakirəsinə çıxarır. Bu məsələyə Ali Məclisin növbəti iclasında səlahiyyətlərinin itirilməsi nəzərdə tutulan deputatın iştirakı ilə baxılır. Həmin deputatın iclasda iştirakı mümkün olmadıqda bu məsələyə onun iştirakı olmadan baxılır.
İclasda iştirak edən Ali Məclisin deputatları yalnız deputat səlahiyyətlərinin itirilməsi üçün yetərli əsasların olub-olmamasını aydınlaşdıra bilər, İntizam komissiyasının üzvlərinə suallar verə bilər və deputatın səlahiyyətlərinin itirilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər. Ali Məclisin deputatının səlahiyyətlərinin itirilməsi barədə Ali Məclisin qərarı azı 23 səs çoxluğu ilə qəbul edilir.
Bu mövzuda digər xəbərlər:Dövlət başçısı Nizamnamədə dəyişiklik etdi: 3 müavin olacaq
31 İyul 2025 13:49
5 iclasda iştirak etməyən deputatların mandatı LƏĞV EDİLƏCƏK
04 Dekabr 2025 09:06
Baş nazir üç nizamnamədə dəyişikliklə bağlı qərar imzaladı
30 Dekabr 2025 18:30
Deputatın mandatı ləğv edildi
11 Dekabr 2025 20:16
Baxış sayı:60
Bu xəbər 04 Dekabr 2025 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















