Icma.az
close
up
RU
“Bu deputatların məsuliyyətsiz addımlarının qarşısını alın!” ADP FRANSAYA ÇAĞIRIŞ ETDİ

“Bu deputatların məsuliyyətsiz addımlarının qarşısını alın!” ADP FRANSAYA ÇAĞIRIŞ ETDİ

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin ötən həftə ərzində ölkədə və regionda baş verən ictimai-siyasi hadisələrin müzakirəsinə dair növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə Türk Dövlətlər Təşkilatına daxil olan Qazaxıstan, Özbəkistan və Türkmənistanın Kipr adasının cənubundakı yunan administrasiyasını dövlət kimi tanımaları və orada diplomatik nümayəndəliklər açmaları ətrafında Azərbaycan, Türkiyə və Rusiya mətbuatında yaradılan ajiotaja bir daha münasibət bildirib.

İdarə Heyəti hesab edib ki, bu hadisə ətrafında yaradılan yersiz ajiotaj Türk Dövlətlər Təşkilatının yaranmasında maraqlı olmayan qüvvələrin işidir. Bu baxımdan Türk Dövlətlər Təşkilatının perspektiv inkişafı naminə bu tipli yanlış addımlardan çəkinməliyik.

İdarə Heyəti ötən həftə Ermənistanda qondarma “artsax parlamentinin” iclas keçirərək bir sıra qərarlar qəbul etməsi məsələsini də müzakirə edib. Müzakirələrdə qeyd edilib ki, 2023-cü ilin 19 sentyabr tarixli 1 günlük antiterror əməliyyatından sonra özünün buraxılması barədə bəyanat verən bir qrupun yenidən belə bir addım atması beynəlxalq hüquq normalarına ziddir. İdarə Heyəti bu hadisəni Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasının əleyhinə olan qüvvələrin təxribatı kimi dəyərləndirib və iki dövlət arasındakı münasibətlərin gərginləşməsinə xidmət etdiyini bildirib.

İdarə Heyəti eyni zamanda fransalı deputat N.Metzdorfun Ermənistanda Qarabağ separatçısı S.Şahramanyanla görüşünü, onu Dağlıq Qarabağın “mühacirətdə olan prezidenti” kimi təqdim etməsini qətiyyətlə pisləyib. Bu addımı separatizmə dəstək və Ermənistanın və Azərbaycanın daxili işlərinə qarışmaq cəhdi kimi dəyərləndirən toplantı iştirakçıları Fransa dövlətini bu tipli deputatlarının məsuliyyətsiz addımlarının qarşısını almağa çağırıb. İdarə Heyəti baş verənlərə rəğmən, bölgədə davamlı sülhün və təhlükəsizliyinin şərti kimi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanmasının vacibliyini bir daha qeyd edib.

İdarə Heyəti son zamanlar ABŞ-İran və İran-İsrail münasibətlərindəki mövcud olan gərginlik ətrafında da müzakirə aparıb. Müzakirələrdə regionda yeni hərbi eskalasiyanın qarşısının alınması baxımından mövcud gərginliyin diplomatik yollarla həll edilməsinə yönələn cəhdləri alqışladığını bildirib.

İdarə Heyəti katoliklərin dini lideri Roma Papası Fransiskin vəfat etməsindən təəssüfləndiyini bildirib, bu şəxsin dinlərarası sülhə və əmin-amanlığa verdiyi töhfələri yüksək qiymətləndirib, bundan sonra seçiləcək Roma Papasının da bu missiyanı uğurla davam etdirəcəyinə əminliyini ifadə edib.

İdarə Heyəti ötən həftə leysan yağışları nəticəsində Bakı şəhərinin bir çox yerlərində, xüsusilə tunellərdə yaranan subasmalarla bağlı da müzakirə aparıb. Müzakirələrdə baş verənləri dövlət məmurlarının səriştəsiz və öz vəzifələrinin öhdəsindən gələ bilmədiklərinin məntiqi nəticəsi kimi dəyərləndirən toplantı iştirakçıları, Bakı şəhərinin infrastruktur layihələrinə ayrılan külli miqdarda büdcə vəsaitlərinin korrupsiyaya uğradığını bildirib.

İdarə Heyəti ötən həftə Bakı şəhərindəki “Venesiya” şadlıq sarayında 50 nəfərə yaxın toy iştirakçısının eyni gündə zəhərlənməsi faktına da diqqət çəkib. Baş verənləri ölkədə qida təhlükəsizliyinə məsul olan dövlət orqanlarının məsuliyyətsiz fəaliyyətinin nəticəsi kimi dəyərləndirib.

İdarə Heyəti həbsdə olan Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun aclıq aksiyası keçirməsi ilə bağlı səhhətində yaranmış problemləri, o cümlədən “Xural TV”-nin rəhbəri Əvəz Zeynallının xərçəng xəstəliyindən əziyyət çəkməsini narahatçılıqla izlədiyini ifadə edib. İdarə Heyəti bir daha ölkə rəhbərliyini humanistlik göstərərək siyasi motivlərlə həbsdə olan şəxslərin, o cümlədən Tofiq Yaqublunun və Əvəz Zeynallının azadlığa buraxılması ilə bağlı müstəsna səlahiyyətlərindən istifadə etməyə çağırıb.

Hurriyyet.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 21 Aprel 2025 21:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see219

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see212

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see187

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see153

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri