“Bu dəqiqə qeyrimüəyyənlikdi” Emin Mahmudov “Neftçi”yə qoşulmayacaq?
Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qış hazırlığını Bakıda keçəcək klublardan biri də “Neftçi”di.
Samir Abasovun qısa fasilədən maksimum yararlanmaq istəyi anlaşılandı. Bu üzdən uzun müddətdi zədədən əziyyət çəkən Emin Mahmudov taleyi maraq doğurur. Bəs sabiq kapitan “ağ-qaralar”ın təlim-məşq toplanışına qatılacaqmı?
“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Asəf Zeynallının “Football-plus.az”a dedikləri:
“Hazırda komanda istirahətdədi. Bu dəqiqə dəqiq nəsə deyə bilməyəcəyik. Emin Mahmudov da son günlərə - komanda istirahətə buraxılana kimi müalicəsini davam etdirdi. Yanvarın əvvəlində toplanışa başlayanda həkim müayinəsi olacaq. Onda daha dəqiq bilinəcək. Bu dəqiqə qeyri-müəyyənlikdi. Təlim-məşq toplanışına kimi sağalmasını gözləyirik”.
RÖYANƏ OĞUZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 31 Dekabr 2024 22:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















