Bu dərmanlar icbari tibbi sığorta hesabına pulsuz veriləcək RƏSMİ
Tribuna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən əhalinin dərman vasitələrinə əlçatanlığını artırmaq, tibbi sığorta sistemində şəffaflığı və maliyyə dayanıqlığını gücləndirmək məqsədilə dərman təminatını tənzimləyən yeni qaydalar təsdiq edilib.
Bu barəd Tribunainfo.az -a Nazirlər Kabinetindən xəbər verilib.
Yeni mexanizmə əsasən sığortaolunlar ambulator şəraitdə istifadə olunan bir sıra dərman vasitələrini artıq icbari tibbi sığorta hesabına əldə edə biləcəklər. Bu dərman vasitələrinin siyahısı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən təsdiqlənəcək “Pozitiv siyahı” ilə müəyyən ediləcək. Bu siyahıya daxil olan hər təsiredici maddə (beynəlxalq patentləşdirilməmiş ad) üzrə ən aşağı qiymətə malik dərman vasitəsinin dəyəri, müəyyən olunmuş müştərək maliyyələşmə məbləği kimi nəzərə alınmaqla tam şəkildə icbari tibbi sığorta hesabına ödəniləcək. Eyni təsiredici maddəyə malik, lakin daha yüksək qiymətli dərman seçildikdə isə yaranan qiymət fərqi sığortaolunan tərəfindən qarşılanacaq.
Həmçinin “Pozitiv siyahı” hər rüb yenilənərək İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsində dərc olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 23 Oktyabr 2025 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















