Bu dəyişikliklə yüz minlərlə vətəndaş öz əmlakına sənəd ala biləcək
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Azərbaycan Prezidenti “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişiklikləri təsdiq edib. Bu fərman nəticəsində 100 minlərlə vətəndaş öz əmlaklarına mülkiyyət sənədlərini əldə etmək hüququ qazanıb”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova bildirib.
“Ayrı-ayrı dövrlərdə vətəndaşlara müxtəlif dövlət orqanları tərəfindən mülkiyyət sənədləri verilmişdi. Lakin bu sənədlər əsasında mülkiyyət hüququnun alınması mümkün deyildi. Hər il ƏMDX vətəndaşların müraciətləri əsasında təhlillər aparır. Vətəndaşların əlində 439-cu Fərmanla təsbit olunan sənədlərdən fərqli sənədlər də var. Bu dəyişikliyin mahiyyəti müxtəlif orqanlar tərəfindən verilmiş sənədlərə hüquqmüəyyənedici sənəd statusu gətirməkdir”, - deyə o qeyd edib.
N.Alimova əlavə edib ki, əvvəlki dövrlərdə, xüsusilə, 2001-ci ilin anvar ayının 1-dək texniki inventar idarələri tərəfindən tərtib olunmuş texniki pasport sənədləri əllərində olan vətəndaşlar - əgər torpaq sahəsinin ölçüsü göstərilibsə, bu sənədlərlə müraciət edərək həm torpaq, həm də tikili üzərində hüquqlar əldə edə biləcək. Artıq həmin tikilinin və ya bağ evinun qeydiyyatdan keçib-keçməməsi şərti aradan götürülür.
Gülnar Əliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 23 İyul 2025 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















