Bu din xadimlərinə şad xəbər: aylıq maddi dəstək davam edəcək
Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Ötən il dövlət büdcəsindən ayrılan vəsait hesabına 1197 din xadiminə aylıq maddi dəstək verilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Yeni Sabah”ın sorğusuna cavab olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Qeyd olunub ki, din xadimlərinə maliyyə dəstəyi Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən təmin edilir:
“Prezident İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu (MDTF) yaradılıb. Fond ölkəmizdə dini etiqad sahəsində maarifləndirmə işlərinin aparılması, mənəvi dəyərlərin qorunması və inkişafı, dövlət-din münasibətləri sahəsində proqramların həyata keçirilməsi, eləcə də vətəndaşların və xaricdə yaşayan azərbaycanlıların dini etiqad azadlığının təmin olunması istiqamətində fəaliyyət göstərir”.
Məlumata görə, MDTF-nin fəaliyyət istiqamətlərindən biri də din xadimlərinə maliyyə dəstəyinin göstərilməsidir.
“Din xadimlərinə göstərilən maddi dəstək onların dini etiqad azadlığının təmin olunması sahəsindəki fəaliyyətinə, eləcə də sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş məqsədli proqram xarakteri daşıyır. Bu məqsədlə ötən il dövlət büdcəsindən ayrılan vəsait hesabına 1197 din xadiminə aylıq maddi dəstək verilib. Bildiririk ki, bu ilin yanvarın 13-də Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının iclası keçirilib, cari ildə də din xadimlərinə göstərilən aylıq maddi dəstəyin davam etdirilməsi qərara alınıb”, – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 02 Fevral 2026 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















