Icma.az
close
up
RU
Bu dövlət qulluqçularına kompensasiya ödəniləcək MƏBLƏĞ / SƏBƏB

Bu dövlət qulluqçularına kompensasiya ödəniləcək MƏBLƏĞ / SƏBƏB

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dövlət qulluqçusunun rotasiyası Qaydası təsdiq edilib.

Globalinfo.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Bu Qayda dövlət orqanlarının kadr potensialından düzgün istifadə edilməsi, inkişafının təmin edilməsi, dövlət qulluqçularının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, korrupsiya hüquqpozmalarına şərait yarada bilən davamlı münasibətlərin yaranma ehtimalının və dövlət qulluğunda maraqların toqquşmasının qarşısının alınması, həmçinin formalaşmış təcrübənin geniş yayılması üçün dövlət qulluqçularının bir vəzifədən başqa vəzifəyə keçirilməsi məqsədilə hazırlanmışdır.

Dövlət qulluqçusu rotasiya qaydasında başqa vəzifəyə təyin edilərkən onun qulluq keçdiyi inzibati vəzifənin təsnifatı, ixtisası, xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi, qulluq stajı, habelə yaşı, ailə və sağlamlıq vəziyyəti nəzərə alınır. Müvafiq vəzifədə 5 (beş) ildən az qulluq keçən dövlət qulluqçusu rotasiya olunmur.

Dövlət orqanlarında dövlət qulluqçularının rotasiyasının təşkili məqsədilə Rotasiya komissiyası yaradılır. Komissiya dövlət orqanının rəhbəri tərəfindən təyin edilən 5 (beş) nəfərdən – sədr və 4 üzvdən ibarət olmaqla ictimai əsaslarla fəaliyyət göstərir.

Dövlət orqanının rəhbərinin kadr məsələləri üzrə səlahiyyətli müavini Komissiyanın sədri təyin edilir. Dövlət orqanının rəhbərinin kadr məsələləri üzrə səlahiyyətli müavini olmadıqda kadr qurumunun rəhbəri, strukturunda kadr qurumu nəzərdə tutulmayan dövlət orqanlarında isə kadr qurumunun funksiyalarını həyata keçirən kadr məsələləri üzrə məsul şəxs Komissiyanın sədri təyin edilir. Komissiyanın sədri Komissiyanın işinə rəhbərlik edir və bu Qaydanın 4.4-cü bəndində göstərilən vəzifələrin vaxtında, dolğun və obyektiv icrasına nəzarət edir.

Komissiya öz fəaliyyətini ildə azı 2 (iki) dəfə çağırılan iclaslar vasitəsilə həyata keçirir. Komissiyanın iclasları Komissiyanın sədri tərəfindən çağırılır. Xidməti zərurətlə əlaqədar Komissiyanın növbədənkənar iclasları çağırıla bilər. Komissiyanın iclasları üzvlərin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Komissiya öz qərarını açıq səsvermə yolu, sadə səs çoxluğu ilə qəbul edir və həmin qərar dövlət orqanının rəhbəri tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir. Komissiyanın iclasları protokolla rəsmiləşdirilir, Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır. Komissiya rotasiyanın nəticələrinə uyğun olaraq dövlət orqanının rəhbərinə rotasiya olunanın vəzifədə irəli çəkilməsi, əlavə təhsili, rotasiya müddətinin uzadılması və mükafatlandırılması barədə təklif təqdim edə bilər.

Komissiya rotasiyalar barədə qərarı 5 (beş) iş günündən gec olmayaraq orqanın rəhbərinə təqdim edir. Dövlət orqanının rəhbəri Komissiyanın qərarını və tövsiyələrini nəzərə alaraq Qanunun tələblərinə əsasən müvafiq qərar qəbul edir.

***

Qərara əsasən, rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş veriləcək.

Rotasiya olunana kompensasiya və birdəfəlik ödəniş verilməsində məqsəd dövlət qulluqçularının və onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, rotasiya prosesinə marağın artırılması və dövlət qulluqçularının yaşadığı inzibati ərazi vahidindən kənarda qulluq keçməyə həvəsləndirilməsidir.

Rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına 250 (iki yüz əlli) manat məbləğində aylıq pul kompensasiyası ödənilir.

Rotasiya olunanla birgə yaşayan hər bir ailə üzvü üçün bu Qaydanın 2.1-ci bəndi ilə müəyyən edilən müvafiq kompensasiyanın 50 faizi məbləğində pul kompensasiyası ödənilir.

Rotasiyanın tətbiq edildiyi vəzifədə qulluq müddəti ərzində ailə üzvlərinin tərkibində hər hansı dəyişiklik olduqda, rotasiya olunan bu barədə 10 (on) gündən gec olmayaraq, dövlət orqanının kadr qurumuna, strukturunda kadr qurumu nəzərdə tutulmayan dövlət orqanlarında isə kadr qurumunun funksiyalarını həyata keçirən kadr məsələləri üzrə məsul şəxsə məlumat verməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Fevral 2025 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri