Bu dövlət qurumları BİRLƏŞDİ SƏBƏB
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Naxçıvanda bir sıra qurumlar birləşib.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov fərman imzalayıb. Fərmana əsasən, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Naxçıvan Telekom” MMC və “Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzi” publik hüquqi şəxs birləşdirilməklə onların əsasında Nazirliyin tabeliyində “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC yaradılıb.
“Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC-nin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi MR Nazirlər Kabinetinə və MR İqtisadiyyat Nazirliyinə həvalə edilib.
MMC dövlət qeydiyyatına alınanadək qurumlar əvvəlki qaydada fəaliyyətlərini davam etdirirlər, işçilərin əməkhaqqı sistemi və qulluq funksiyaları olduğu kimi saxlanılacaq.
Baxış sayı:41
Bu xəbər 18 Dekabr 2025 10:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















