Icma.az
close
up
RU
Bu dövlət qurumlarından ibarət işçi qrup yaradılır Prezident TƏSDİQLƏDİ

Bu dövlət qurumlarından ibarət işçi qrup yaradılır Prezident TƏSDİQLƏDİ

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda yer təki istifadəçiləri ilə bağlı işçi qrup yaradılacaq.

Redaktor.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması tədbirlərinə dair qaydalar"da öz əksini tapıb.

Qaydalarda nəzərdə tutulan yer təki istifadəçilərinin fəaliyyətinin yerin təkindən istifadə sahəsində münasibətləri tənzimləyən və digər aidiyyəti normativ hüquqi aktların tələblərinə tam uyğunlaşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (işğaldan azad olunmuş ərazilər üzrə), "Azərişıq" ASC--nin və aidiyyəti yerli icra hakimiyyəti orqanlarının azı bir nümayəndəsi təmsil olunmaqla, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən işçi qrup yaradılacaq.

İşçi qrupun fəaliyyətinə Nazirliyin müəyyən etdiyi sədr rəhbərlik edir və onun işini təşkil edir.

İşçi qrup, bu Qaydalarla müəyyən edilmiş hüquq və vəzifələri nəzərə alınmaqla, işçi qrupun iclasında təsdiq edilmiş iş planı əsasında fəaliyyət göstərir.

İşçi qrupun iclasları zərurət olduqda, lakin keçid dövründə altı dəfədən az olmayaraq keçirilir. İşçi qrupun iclaslarının vaxtını və gündəliyini işçi qrupun sədri müəyyən edir.

İşçi qrupun üzvləri iclaslarda əyani formada, belə iştirak mümkün olmadıqda isə informasiya texnologiyalarından istifadə etməklə distant formada iştirak edə bilərlər.

İşçi qrupun iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İşçi qrupun iclasında hər üzvün bir səsi olmaqla, qərarlar açıq səsvermə yolu ilə, iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir və sədr axırıncı səs verir.

İşçi qrupun katibi sədr tərəfindən ilk iclas zamanı üzvlər arasından müəyyən edilir.

İşçi qrupun üzvü təmsil etdiyi dövlət orqanının (qurumunun) adından çıxış edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Aprel 2026 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri