Icma.az
close
up
RU
Bu dükan 55 ilin avtomobil ehtiyat hissələrini SAXLAYIR

Bu dükan 55 ilin avtomobil ehtiyat hissələrini SAXLAYIR

Icma.az, News24 portalına istinadən məlumat yayır.

Türkiyənin Ordu şəhərinin Altınordu rayonunda yerləşən bir avtomobil ehtiyat hissələri dükanı, qeyri-adi görünüşü və sahibinin heyrətamiz yaddaşı ilə diqqət çəkir. 50 yaşlı Cumhur Yılmaz, 17 il əvvəl təhvil aldığı dükanı özünəməxsus üsulla idarə edir. Dükanın içində 1970–2025-ci illər arasında istehsal olunan avtomobillərin ehtiyat hissələri yer alır və onların yerini yalnız özü bilir.

Bu barədə News24.az Milliyet-ə istinadən xəbər verir. 

“Samanlıqda iynə axtarmaq kimi, amma mənim üçün asandır”

Yılmaz bildirinb ki, hazırda dükanında 200-300 min arasında ehtiyat hissəsi var. Xaricdən baxanlar üçün dükan xaotik və nizamsız görünə bilər. Amma onun üçün bu dağınıqlıq, əslində, bir nizamdır. “Buradakı hər şeyin yeri beynimdədir. Müştəri nə istəyirsə, bir dəqiqə içində tapıb verə bilirəm. Əgər müştəri 'özüm tapa bilərəm' deyirsə, mən də ona deyirəm ki, taparsa pulsuz hədiyyə olacaq. Amma bu vaxta qədər heç kim tapa bilməyib,” – deyə o vurğulayıb.

Yılmazın yaddaş gücü və təşkilatçılığı müştərilər tərəfindən təəccüblə qarşılanıb. Dükanın qarışıq görünməsinə baxmayaraq, sahibkar hər hissənin yerini unutmadan işini davam etdirib.

Ehtiyat hissələrinin sayı hər il artır

Yeni avtomobillərin bazara çıxması ilə dükanın ehtiyat hissə ehtiyatı da ildən-ilə artır. Cumhur Yılmaz bu barədə belə deyib:

“Hər il 20-30 min hissə əlavə olunur. Bəlkə də gələn il bu say 400 minə çatacaq. Mən işimi sevirəm və ömrüm yetdikcə davam edəcəyəm. Hər şey qismətdir.”

Təkcə Ordu deyil, ətraf şəhərlərdən – Giresun və Samsundan da müştərilər onun dükanına üz tutur. Cumhur Yılmaz üçün bu iş təkcə bir peşə deyil, həm də yaddaş və səbr tələb edən bir sənət növüdür.

Bu qeyri-adi dükan, sadəcə ehtiyat hissələrinin satıldığı bir məkan deyil – burada 55 ilin avtomobil tarixini əhatə edən bir canlı arxiv mövcuddur. Ən kiçik vintdən ən iri motor hissəsinə qədər hər şeyin yerini bilən Yılmaz, həm müştəriləri heyrətləndirir, həm də ustalığı ilə nümunə olur.

Xeyrənsə Piriyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://news24.az
archiveBu xəbər 17 İyul 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see331

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see331

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see328

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see268

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see263

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see260

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see258

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see254

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see253

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see240

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see210

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see210

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see206

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see206

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see204

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri