Icma.az
close
up
RU
Bu ədviyyatı qatığa əlavə edib yesəniz...

Bu ədviyyatı qatığa əlavə edib yesəniz...

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Cirə bir çox yeməklərə, xüsusilə şorbalara ləzzət qatan şəfalı ədviyyatdır. O, ödəmi atır, qaz problemini həll edir, balla yeyildikdə ana südünü artırır.

Bu ədviyyatı qatıqla qarışdırıb yemək isə ikiqat xeyirdir.

Publika.az xəbər verir ki, türkiyəli dietoloq Selahattin Dönmez cirənin faydalarından danışıb. O bildirib ki, cirə xüsusi aromatik dadı və unikal ətri olan ən qədim ədviyyatlardan biridir.

Cirənin vətəni Aralıq dənizi bölgəsi və Asiyanın qərb hissələri olsa da, əsrlərdir qədim yunan, Roma və Yaxın Şərq mətbəxlərində istifadə edilib. Avropada cirə çörək, pendir, biskvit və bir çox qənnadı məhsullarına cirə əlavə edilir. Orta əsrlərdən etibarən cirə Avropada sevgi və sədaqətin simvolu kimi qəbul edilib.

Cirə həzm problemlərini aradan qaldırır və dərhal təsiri göstərir. Bu xüsusiyyəti sayəsində yeməkdən sonra yaşanan həzm probleminin qarşını ala bilərsiniz. Yağların həzm prosesini sürətləndirən cirə artıq çəkinin yaranmasına mane olur.

Bioloji cəhətdən aktiv tərkibli cirə diabet və diabet formalaşmasında iştirak edən fermentləri məhv edərək insulini balansda saxlayır. Beləliklə, qlükoza səviyyəsinə nəzarət edir. Diabet xəstələri cirəni demək olar ki, istənilən yeməklərdən istifadə edə bilərlər.

Cirə A, B, C, E vitaminləri, sink və seleniumun kimi zəngin tərkibi sayəsində saç və dəri sağlamlığını qoruyur. Fosfor isə sızanaq, dırnaq kimi problemləri aradan qaldırmağa kömək edir. Xüsusilə cirəli kremlərdəki güclü antioksidant sayılan E vitamini dərini yumşaldır. E vitamininin dezinfeksiya edici və antimikrob xüsusiyyətləri dəri ləkələrinin meydana gəlməsinə qarşı qoruyucu təsir yaradır.

Antioksidant təsir

Cirə bədənə zərər verən sərbəst radikallarla mübarizə aparan flavonoidlər və polifenol birləşmələrini ehtiva edir. Cirənin antioksidan təsiri sarıkök və qara bibər ilə birləşdiyi zaman iltihaba qarşı qalxan rolunu yaradır. Beləliklə, hipertoniya, 2-ci tip diabet, osteoporoz və alzheymer xəstəliyindən müdafiə edir.

Dietoloq yekun olaraq bildirib ki, cirəni pendir və qatığa əlavə etmək ikiqat xeyirdir. Lakin ciddi hipoqlikemiyanız varsa, qan laxtalandırıcı dərman içirsinizsə və ya yaxınlarda əməliyyat olunmalısınızsa, cirə istifadəsində ehtiyatlı olun. Çünki cirə qan dövranını həddən artıq artıra bilir.

Cirə çayı

İnqrediyentlər:

- 1 çay qaşığı cirə toxumu

- 1 çay qaşığı şüyüd toxunu

- 5 ədəd mixək

- Yarım limon

- 1 l su

Hazırlanması:

Bütün ədviyyatları isti suya əlvə edib 3 dəqiqə dəmləyin. Sonra ona yarım limon sıxın. Bu çay yağların yandırılma prosesini sürətləndirdiyi üçün əsas yeməkdən sonra bir stəkan içmək kifayətdir.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri