Bu ekspres marşrutun fəaliyyəti bərpa olunur
Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yay günlərində paytaxtdan qəsəbələrə və çimərlik ərazilərinə sərnişin axınının artması nəzərə alınaraq, iyulun 18-dən "Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi ilə Sea Breeze istirahət mərkəzini əlaqələndirən 150E nömrəli ekspres marşrutunun fəaliyyəti bərpa edilir.
AZXEBER.COM xəbər verir ki, marşrut həftənin şənbə və bazar günləri fəaliyyət göstərəcək.
Avtobuslar metronun "Koroğlu” stansiyasının cənub çıxışından ("Piramida” tərəf) hərəkətə başlayacaq və yol boyunca bir neçə aralıq dayanacaqda dayanacaq.
Marşrut üzrə dayanacaqlar:
* Heydər Əliyev prospekti (Yerüstü piyada keçidi, Bakıxanov qəsəbəsi);
* Bakı Ekspo Mərkəzi (Yeni Suraxanı qəsəbəsi);
* Mərdəkan prospekti (Binə qəsəbəsi);
* Mərdəkan prospekti (Qala yolu ilə kəsişmə);
* 5 nömrəli Bakı Peşə Məktəbi (Buzovna qəsəbəsi);
* Bilgəh Kardioloji Sanatoriyası;
* Bilgəh–Pirşağı yolu (çimərlik ərazisi);
* Sea Breeze 1;
* Sea Breeze 2.
Böyüktutumlu avtobuslar saat 07:00-dan 22:00-dək 30 dəqiqəlik intervalla fəaliyyət göstərəcək.
Marşrut üzrə gedişhaqqı 0,90 manat təşkil edir və ödəniş yalnız nağdsız qaydada həyata keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 17 İyul 2026 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















