Icma.az
close
up
RU
Bu əlamətlər varsa, damarlarınız tıxanıb

Bu əlamətlər varsa, damarlarınız tıxanıb

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

- Uzun məsafə getdikdə və ya pilləkanla qalxdıqda ürək nahiyəsində sancı, ağrı, təngnəfəslik hiss edirsiz?

- Başgicəllənmə sizi narahat edir?

- Əl və ayaqlarda keyləşmə olur?

Bu simptomlar damarlarda xolesterolun yığılması nəticəsində damarların tutulması, tıxanmasının ilkin əlamətləri ola bilər. Tibdə xolesterinin damar divarında yığılması ateroskleroz adlandırılır. Ateroskleroz başlanğıcda simptomsuz keçir.

Simptomlar xəstəliklərin gecikmiş mərhələsində özünü büruzə verdiyindən, artıq bu zaman ürək, ətraflar, baş beyin qan dövranında ciddi çatışmazlıqlar olur. Ateroskleroz ağır fəsadlara, əlilliyə və ölümə səbəb ola bilər.

Ən çox təsadüf olunur:

- kişilərdə - 40 yaşdan yuxarı

- qadınlarda - klimaksdan sonrakı dövrdə

Aterosklerozun formaları və fəsadları:

- Ürək damarlarının aterosklerozu (koronar arteriyalar): Ürəyin işemik xəstəliyi, ürək tutması, infarkt

- Baş beyni qanla təmin edən damarların aterosklerozu: insult, Parkinsonizm, Alsheymer xəstəliyi, demensiya və s.

- Yuxarı və aşağı ətrafların aterosklerozu: damarların iltihabı, trofik yaralar və s.

- Böyrək damarlarının aterosklerozu: böyrək funksiyasının pozulması və ağır arterial hipertenziya (yüksək təzyiq).

- Aortal forma. Aorta - orqanizmin ən böyük arteriyası olduğu üçün, onun aterosklerozla zədələnməsi bütün orqan və sistemlərdə dəyişkikliyə səbəb ola bilir.

Aterosklerozun risk faktorları
- Cins: ateroskleroza kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir.

- Yaş: bu, təbii risk faktorudur. Yaş artdıqca ateroskleroz əlamətləri dərinləşir.

- İrsiyyət

- Zərərli vərdişlər (siqaret, alkoqol)

- Yanlış qidalanma

- Piylənmə

- Şəkərli diabet

Müalicə:

Tibdə aterosklerozun konservativ müalicəsi lazımi effekt vermədiyindən cərrahi əməliyyata, yəni damara stentin qoyulmasına önəm verilir. Amma bu çıxış yolu deyil, çünki ateroskleroz orqanizmin ümumi xəstəliyidir. Stent qoymaqla yalnız nəticə aradan qaldırılır, səbəb olduğu kimi qalır. /medicina.az

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Oktyabr 2026 22:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri