Icma.az
close
up
RU
Bu əlamətlər xərçəngin xəbərçisidir Ginekoloq qadınlara xəbərdarlıq etdi

Bu əlamətlər xərçəngin xəbərçisidir Ginekoloq qadınlara xəbərdarlıq etdi

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Uşaqlıq boynu xərçəngi qadınlarda ən çox rast gəlinən bədxassəli şişlərdən biridir.

Milli.Az bildirir ki, bunu rusiyalı onkoloq-ginekoloq Yekaterina Çerepanova söyləyib.

Onun dediyinə görə xəstələrin çoxu hələ də xəstəliyin gec mərhələsində həkimə müraciət edir.

Mütəxəssisin sözlərinə görə uşaqlıq boynu xərçənginin əsas səbəbi insan papilloma virusunun (HPV) onkogen ştammlarına yoluxmadır. Ən təhlükəli növlər arasında HPV 16 və HPV 18 göstərilir.

Xəstəliyin təhlükəsi ondadır ki, ilk mərhələlərdə demək olar ki, heç bir simptom müşahidə olunmur. Şiş uzun müddət ərzində yavaş-yavaş inkişaf edir və yalnız qonşu toxumaları zədələdikdə ağrı və ya narahatlıq yaranır. Bu səbəbdən, ilkin əlamətlər çox vaxt digər ginekoloji problemlərlə qarışdırıla bilər.

Həkimin sözlərinə görə, xəstəliyin klassik simptomlarından biri cinsi əlaqədən, ginekoloji müayinədən sonra baş verən yüngül qanlı axıntılardır. Bu əlamətlər adətən ağrısız olur və xüsusilə menopauza dövründə müşahidə olunarsa, ciddi siqnal sayılmalıdır.

Xəstəliyin irəliləməsi ilə qadınlar qarın aşağı hissəsində küt ağrılar, sarımtıl-yaşıl və ya pis qoxulu ifrazatlar, qaşınma və yanma hissi kimi şikayətlər də yaşayırlar.

Yekaterina Çerepanova vurğulayıb ki, uşaqlıq boynu birbaşa vizual müayinə üçün əlçatan orqandır, buna görə də müntəzəm ginekoloji baxışlar və skrininq proqramları xəstəliyin qarşısını almaqda əsas rol oynayır.

"Vaxtında aparılan müayinə uşaqlıq boynu xərçəngi hallarının 90 faizinə qədərinin qarşısını ala bilər".

Ekspertin fikrincə, HPV daşıyıcılığı avtomatik olaraq xərçəng demək deyil, lakin bu halda davamlı müşahidə və erkən diaqnostika həyati əhəmiyyət daşıyır.

"Vaxtında müayinələr qadınlara xərçəngi erkən mərhələdə aşkar etmək və tam sağalma şansını qorumaq imkanı verir," - deyə Çerepanova fikrini yekunlaşdırıb.

İsmayıl
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 08 Oktyabr 2025 23:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gürcüstanda etiraz dalğası çevrilişin elementlərini meydana gətirə bilər ŞƏRH

07 Oktyabr 2025 18:20see313

Nəticəsiz işə “yenilik” demək ayıbdır... Ekspertdən AYNA ya sərt reaksiya

08 Oktyabr 2025 15:59see187

Azərbaycan bu toplantıdan ən çox faydalananlardan biri olacaq

07 Oktyabr 2025 10:36see181

Kişi xoşbəxtliyi bu yaşda pikə çatır Alimlər

07 Oktyabr 2025 18:53see168

Bakı yenidən qurulur Söküntü olacaq

08 Oktyabr 2025 00:14see164

TDT baş katibi elan etdi: Qəbələdə bu format təsis ediləcək

07 Oktyabr 2025 01:20see157

Yıxılaraq xəsarət alan yazıçı vəfat etdi

07 Oktyabr 2025 02:03see152

Azərbaycandan qaça bilmiş separatçı general “FSB“ generalıyla əməkdaşlıq edərək onun Paşinyanın yerinə namizədliyini dəstəkləyəcək... “CivilNet“

07 Oktyabr 2025 18:36see141

Manat əmanəti hansı bankda sərfəli deyil? ADLAR

07 Oktyabr 2025 23:52see133

Makron “dron divarı”na qarşı çıxdı

07 Oktyabr 2025 01:48see133

Azərbaycan şahmatçılarının 2025 ci il şahmat üzrə Dünya Kubokundakı rəqibləri bəlli olub

07 Oktyabr 2025 02:31see130

Makron pis vəziyyətə düşdü Parlamenti buraxır

08 Oktyabr 2025 06:15see129

“36 min ödəmişəm, anamı da xəstəxanada öldürüblər” FOTO

08 Oktyabr 2025 01:19see125

Zəngəzur haqda yazılan şeir Ermənistanda ajiotaj yaratdı

07 Oktyabr 2025 15:06see125

AFFA nın cavabından sonra lazımi addımları atacağıq Quba nın prezidenti

07 Oktyabr 2025 15:08see125

Qərbi Azərbaycan Xronikası: Ruslar Cənubi Qafqaza daxil olandan sonra xalqımız dəfələrlə deportasiya olunub

07 Oktyabr 2025 02:00see125

Ofelyaya əri bahalı maşın ALDI

08 Oktyabr 2025 18:46see124

Rövşən Kərimduxt qızına toy etdi

07 Oktyabr 2025 15:19see120

Ata olmaq istəyənlərin nəzərinə! Bu vərdişlərdən uzaq durun...

08 Oktyabr 2025 07:07see120

Meloni məhkəməyə verildi

08 Oktyabr 2025 01:14see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri