Icma.az
close
up
RU
“Bu, əlaqələr qlobal rəqabətdə strateji üstünlük yaradır EKSPERT DANIŞDI

“Bu, əlaqələr qlobal rəqabətdə strateji üstünlük yaradır EKSPERT DANIŞDI

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı arasında münasibətlər keyfiyyətcə yeni , strateji tərəfdaşlıq mərhələsinə qədəm qoymuşdur. Ölkələrarası əməkdaşlıqda ən mühüm istiqamətlərdən birini elm, təhsil və insan kapitalının inkişafı təşkil edir.

Bu sözləri SİA-ya açıqlamasında Doktorant və Magistrlar Cəmiyyətinin sədri, İlqar Orucov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Səudiyyə Ərəbistanına səfəri və Krallığın rəhbərliyi ilə keçirdiyi ali səviyyəli görüşlər zamanı əldə olunmuş razılıqlar iki ölkə arasında təhsil diplomatiyasının yol xəritəsini müəyyən etmişdir:

“Prezidentin səfəri çərçivəsində əldə olunmuş razılaşmalar təkcə iki ölkənin yaxınlaşmasını deyil, həm də milli prioritetlərin təhsil müstəvisində uzlaşmasını hədəfləyən strateji tərəfdaşlıq modelidir. Hər iki ölkə liderinin ali iradəsi neft iqtisadiyyatından bilik iqtisadiyyatına keçidi təmin edəcək yüksək ixtisaslı kadr potensialının yaradılması kimi mühüm bir strateji hədəfə xidmət edir.

Qeyd olunanlar dövlət başçıları səviyyəsində əldə olunmuş razılığa əsasən, hər iki ölkənin ali təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsi proqramlarının genişləndirilməsini nəzərdə tutur. Bu, azərbaycanlı gənclərin Səudiyyə Ərəbistanının müasir elmi mərkəzlərində texnoloji ixtisaslara yiyələnməsinə, Krallıqdan olan gənclərin isə Azərbaycanın ali məktəblərində (xüsusilə tibb, mühəndislik və humanitar sahələrdə) təhsil almasına geniş imkanlar açır. Azərbaycanın təqdim etdiyi “Heydər Əliyev Beynəlxalq Təhsil Qrantı” çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı ölkələrindən, o cümlədən Səudiyyə Ərəbistanından gələn tələbələr ölkəmizin aparıcı universitetlərində təhsil almaq fürsəti əldə edirlər. Yəni mövcud ənənə artıq var və onun genişləndirilməsi ilə bu imkanlar daha da artacaqdır.

Çoxşaxəli əməkdaşlıq imkanları elm və akademik müstəvidə də yeni üfüqlər açır. Səfər zamanı əldə olunan razılıqlar universitetlərarası birbaşa əlaqələrin qurulmasını sürətləndirəcəkdir. Artıq ADA Universiteti, Milli Müdafiə Universiteti və digər strateji təhsil ocaqları səviyyəsində kibertəhlükəsizlik, rəqəmsal idarəetmə və müdafiə texnologiyaları üzrə birgə araşdırmaların aparılması prioritet kimi müəyyən edilmişdir.

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında təhsil diplomatiyası hər iki ölkəni qlobal rəqabət meydanında daha güclü edən strateji bir manevrdir. Bu tərəfdaşlıq yaxın illərdə yüksək texnologiyalar, müdafiə sənayesi və fundamental elmlər üzrə yeni uğur hekayələrinin təməlini qoyacaqdır. Neft amilindən asılılığı azaltmaq üçün biliklərə əsaslanan iqtisadiyyatın qurulması və rəqəmsal bacarıqlara malik mütəxəssislər hər iki ölkənin iqtisadi və siyasi qüdrətinin əsas hərəkətverici qüvvəsinə çevriləcəkdir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Fevral 2026 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see525

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see486

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see358

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see278

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see273

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see264

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see261

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see258

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see251

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see236

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see235

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see235

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see231

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see219

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see210

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see206

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see200

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see182

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see173

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri