Icma.az
close
up
RU
Bu əməliyyat da icbari tibbi sığortanın təminatına daxildir

Bu əməliyyat da icbari tibbi sığortanın təminatına daxildir

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Diskektomiya – sinir köklərinə təzyiq göstərən fəqərəarası diskin hissəvi və ya tam çıxarılmasıdır.

Fəqərəarası disklər amortizator rolunu oynayır və onurğanın hərəkətliliyini təmin edir. Travma və ya degenerativ dəyişikliklər səbəbindən diskin yerdəyişməsi və ya qabarması baş verir ki, bu da onurğa beynindən çıxan sinirlərin sıxılmasına gətirib çıxarır. Sinirin sıxılması da öz növbəsində ağrı, keyimə, əzələ zəifliyi, hərəkət funksiyalarının və disk yırtığının yerləşməsindən asılı olaraq digər funksiyaların pozulmasına səbəb olur.

Güclü ağrıya və ətrafların funksiyalarının pozulmasına səbəb olan, konservativ müalicəyə (məsələn, dərman və ya fizioterapiya) cavab verməyən disk yırtığı diskektomiya əməliyyatı üçün göstəriş sayılır. Əməliyyat icbari tibbi sığorta hesabına qarşılanır. Disk hissəvi və ya tam çıxarıldıqdan sonra onurğanı sabitləşdirmək üçün istifadə olunan implantlar da icbari tibbi sığorta ilə təmin olunur. Əməliyyat zamanı müasir standartlara cavab verən beynəlxalq sertifikatlı implantlardan istifadə olunur.

2024-cü ilin yanvar-oktyabr ayları ərzində icbari tibbi sığorta hesabına 3500-ə yaxın diskektomiya əməliyyatı icra olunub. Əməliyyatlar TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) həyata keçirilib.

Əməliyyatdan öncə isə bir sıra diaqnostik müayinələrdən keçmək tələb olunur. Əsas müayinələr maqnit-rezonans tomoqrafiyası (MRT), kompüter tomoqrafiyası (KT), onurğa rentgenoqrafiyası, elektrokardioqramma (EKQ), qarın boşluğunun ultrasəs müayinəsi (USM) və sinirlərin funksionallığının qiymətləndirməsi üçün həkim tərəfindən aparılan neyrofizioloji testləri əhatə edir. Bunlarla yanaşı, əməliyyata əks göstərişin olmadığını müəyyən etmək üçün qan analizi və digər laborator müayinələr də tələb oluna bilər. Qeyd edilən instrumental, funksional-diaqnostik və laborator tibbi xidmətlər icbari tibbi sığorta hesabına vətəndaşlar üçün ödənişsizdir.

Qeyd edək ki, ixtisaslı həkim tərəfindən əməliyyat təyin edilməmişdən öncə konservativ müalicə üsulu tövsiyə olunur. Bunlardan biri də icbari tibbi sığorta ilə qarşılanan fizioterapiya xidmətidir.

Onu da bildirək ki, oturaq həyat tərzi, zədə və travmalar, fiziki yüklənmə, artıq çəki, genetik faktorlar fəqərəarası disk yırtığının yaranmasına səbəb ola bilər. Buna görə, disk yırtığının əməliyyat sonrası yenidən yaranmaması üçün qeyd olunan risk amilləri nəzərə alınmalı, həkimin tövsiyələrinə riayət olunmalıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://olke.az
archiveBu xəbər 23 Noyabr 2024 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see286

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see271

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see247

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see245

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see178

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see173

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see161

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see155

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see145

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see139

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see138

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see133

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see131

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see128

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see128

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see127

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see127

Neymar və het trik

04 Dekabr 2025 09:17see125

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri