Bu əməliyyat Kreml sahibinə və onun generallarına imic zərbəsidir
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
"İkinci Dünya müharibəsi öncəsində nasist Almaniyasının hərbi hava qüvvələrinin komandanı Herman Qerinq Adolf Hitleri inandırmışdı ki, müharibə aparacaqları ölkənin heç birinin hərbi təyyarələri Almaniya hava sərhədinə yaxınlaşa bilməyəcək, paytaxt Berlin və digər şəhərlərin təhlükəsizliyi yüksək səviyyədə təminat altındadır. Qerinqin vədi doğrultmadı. Böyük Britaniyanın və ABŞ-nin bombardmançı təyyarələri Almaniyanın şəhərlərinə tonlarla bomba atdılar, şəhərlər dağıldı, on minlərlə insan öldü".
Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, bildirib ki, nasist Almaniyasının məğlubiyyətində bu bombardmanların da rolu oldu, çünki hərbi zavodlar dağıldığından nasistlərin iki cəbhədə savaşması çətinləşdi:
"Böyük ehtimalla Rusiya hərbi komandanlığı da 2022-ci ilin fevral ayında Ukraynaya qarşı işğalçı müharibəyə başlamamışdan əvvəl Prezident Vladimir Putinə müharibənin ancaq Ukraynada gedəcəyini, Rusiyanın zərər görməyəcəyinə dair oxşar vədlər veriblər. Düyməyə basan Putin bu vədlərə inanıb. Halbuki, Ukrayna dronları müharibənin dördüncü ilində Rusiyanın ən ucqar şəhərlərindəki hərbi mərkəzləri, hava limanlarını bombalayır, hərbi təyyarələr yanır. Ukrayna kəşfiyyatının Rusiyanın müharibə ərazisindən uzaq Murmansk və İrkutsk şəhərlərində həyata keçirdiyi əməliyyat isə Kreml sahibinə və onun generallarına imic zərbəsidir. Ukrayna kəşfiyyatı bir il əvvəl dronları Rusiya ərazisinə keçirib və oradan onları havaya qaldıraraq bombardmançı təyyarələri hava limanındaca məhv edib. Yəqin buna cavab olaraq Kreml sahibi Ukrayna şəhərlərini yenidən Oreşnik raketləri ilə vurmağı əmr edəcək. Beləcə, sabah İstanbulda tərəflər arasında görüşün baş tutma ehtimalı da azalıb".
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 01 İyun 2025 18:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















