Bu, ən maraqlı və ən çətin mərhələlərdən biri idi Sahib Ələkbərov:
525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Yarışımızın daha bir günü geridə qaldı. Bu, ən maraqlı və ən çətin mərhələlərdən biri idi. Həm məsafə, həm də yolların konfiqurasiyası baxımından”.
525.az xəbər verir ki, bunu Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti, Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov yarışın ikinci mərhələsinin yekunu ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
O, yarışın gözəl alındığını bildirib: “Qaliblərlə tanış oldunuz. Çox şadıq ki, qardaş Qazaxıstanın təmsilçisi bu yarışda belə yüksək nəticə göstərdi”.
S.Ələkbərov yarışa gözləniləndən daha çox maraq olmasına belə münasibət bildirib: “Budəfəki yarışımız çox yüksək səviyyədə keçir. Biz yarışı bərpa edəndə ilk məqsədimiz əvvəlki səviyyəni təkrarlamaq idi. Növbəti hədəf isə daha da irəli getməkdir. Bu, velosipedin fəlsəfəsidir. Dayandınsa, yıxılacaq. Biz isə yalnız irəli getmək istəyirik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 11 May 2026 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















