Bu ərazi plana düşdü: Yüksək məbləğdə kompensasiya...
Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
Abşeron rayonunun Məmmədli kəndində, Həsənbəy Ağayev və Ziya Bünyadov küçələrində, “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna yaxın böyük bir ərazi plana düşüb.
Globalinfo.az bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, buna səbəb həmin ərazinin yaxınlığında yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrində metan qazının (CH4) aşkar edilməsi göstərilir.
Bununla əlaqədar sözügedən istiqamətdə kimin evi, həyətyanı sahəsi varsa, artıq həmin sakinlərdən müvafiq sənədlərin yığılmasına başlanılıb. Məlumata görə plana düşən ərazilərdə hər sota görə sakinlərə yüksək məbləğdə kompensasiya ödənilməsi nəzərdə tutulub.
Qeyd edək ki, plana düşən ərazilər Böyükşor-Pirşağı yeni avtomobil yolunun ətrafında yerləşir.
Xatırladaq ki, 27 noyabr 2025-ci ildə Abşeron rayonunun Məmmədli kəndində, Həsənbəy Ağayev və Ziya Bünyadov küçələrində, “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ərazisinin yaxınlığında yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrində metan qazı (CH4) aşkar edilmişdi.
İlkin olaraq FHN, “Azəriqaz” İstehsalat Birliyi və Abşeron Rayon İcra Hakimiyyətinin mütəxəssislərinin iştirakı ilə ərazidə müayinələr aparılaraq akt tərtib etmişdilər.
Müayinə zamanı sözügedən ünvanda yerləşən fərdi yaşayış evlərinin bünövrəsinə yaxın olan hissələrində, həyətyanı sahələrində və yaşayış olmayan boş ərazilərdə yer səthində şulf üsulu ilə dəliklər açılaraq cihazlarla ölçmə işləri aparılıb və metan qazı aşkarlanmışdı. Bu səbəbdən mümkün partlayış-yanğın hadisələrinin qarşısının alınması və sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən əraziyə qazın nəqli müvəqqəti olaraq dayandırılmışdı.
Aparılmış müayinələr zamanı aşkar edilmiş nəticələrin partlayış-yanğın təhlükəli olduğunu nəzərə alaraq, əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə kompleks araşdırmanın aparılması və zəruri tədbirlərin görülməsi üçün Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, FHN, Ekologiya və Təbii Sərvətlər, Elm və Təhsil nazirliklərinin, SOCAR və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrindən ibarət işçi qrup yaradılmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 12 Yanvar 2026 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















