Bu ərazidə kameralar nişanı görməyən sürücüləri cərimələyir ŞİKAYƏT VİDEO
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Paytaxtın Xətai rayonu, Yusif Səfərov və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsində sürücülərin qayda pozmadığı halda cərimələndiyi iddia olunur.
Avtosfer.az-ın qaynar xəttinə müraciət edən izləyici bildirib ki, 77-LU-064 dövlət qeydiyyat nişanlı “Honda” avtomobili ilə “Baku Palace” yaşayış kompleksinin dayanacağından çıxarkən 4.1.1 — “məcburi hərəkət istiqaməti” nişanının tələbinə əməl etməməsi barədə dəfələrlə elektron protokol tərtib olunub.
Sürücünün sözlərinə görə, nişan əsas yola deyil, binaaltı dayanacaqdan (yardımçı çıxışdan) hərəkət edən avtomobillərə aid olduğundan çıxış nöqtəsi nişanın təsir dairəsinə daxil deyil: “4.1.1 nişanı yalnız soldan əsas yolla hərəkət edən nəqliyyat vasitələrinə şamil olunur, qarajdan çıxan sürücülər isə nişanı görmür və yalnız arxa hissəsini müşahidə edə bilirlər. Buna baxmayaraq, yol kamerası vasitəsilə cərimələr tətbiq olunur”.
O həmçinin qeyd edib ki, eyni problem “Baku Palace” sakinlərinin avtomobillərinə də şamil olunur. Sürücü məsələ ilə bağlı rəsmi orqana müraciət etsə də, uzun müddətdir şikayətə baxılmadığını bildirib.
Nərmin
Oxunub 98
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 16 Yanvar 2026 17:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















