Icma.az
close
up
RU
Bu ərazidə siqaret çəkənlər 100 manat cərimələnir KONKRET

Bu ərazidə siqaret çəkənlər 100 manat cərimələnir KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Son günlər ictimai yerlərdə siqaretə görə cərimələr çoxalıb. Bəzi vətəndaşlarda bu situasiya narazılığa səbəb olub. Onlar qeyd edirlər ki, siqaretə görə hər yerdə cərimələnirlər.

Bəs maraqlıdır, hansı yerlərdə siqaret çəkmək qanunla qadağandır? Qadağan olunmuş yerlərdə siqaret çəkənləri hansı cərimələr gözləyir?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı vəkil Turan Abdullazadə oxu.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanununa əsasən, tütün məmulatlarından istifadənin məhdudlaşdırılması və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədilə aşağıda göstərilən yerlərdə siqaret çəkmək qadağandır:

– Təhsil və tərbiyə müəssisələri və onların əraziləri;

– Tibb və tibbi-reabilitasiya müəssisələri və onların əraziləri;

– İdman yarışları və digər kütləvi tədbirlərin keçirildiyi binalar və obyektlər;

– Restoranlar, kafelər, barlar daxil olmaqla ictimai-iaşə obyektləri;

– Ticarət obyektləri;

– Məişət obyektləri;

– Sosial xidmət müəssisələri;

– Yerləşdirmə vasitələri;

– Mədəniyyət obyektləri (teatr, kinoteatr, muzeylər və s.)

– Uşaq meydançaları;

– Yerüstü və yeraltı piyada keçidləri;

– Nəqliyyat vasitələri (avtobuslar, minik avtomobilləri, dəmir yolu, hava nəqliyyatı və s.)

– Yanacaqdoldurma məntəqələri və digər təhlükəli obyektlər;

– Çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerləri.

Bu qadağaları pozan şəxslərə qarşı müxtəlif cərimələr tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 212-ci maddəsinə əsasən, tütün çəkməyə görə cərimələr aşağıdakı kimidir:

– Siqaret çəkməyə görə: 30 manat;

– Tütün tullantılarının ətraf mühitə atılmasına görə: 50 manat;

– Hava nəqliyyatında siqaret çəkməyə görə: 100 manat;

– Dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə görə: 40 manat;

– Şəhərdaxili, şəhərlərarası avtobuslarda və taksilərdə siqaret çəkməyə görə: 40-50 manat;

– Dəniz və çay nəqliyyatında siqaret çəkməyə görə: 40 manat.

Bundan əlavə, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bu yerlərdə tütün çəkmək qadağan edildiyini göstərən lövhələrin olması da qanunla tələb edilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://konkret.az
archiveBu xəbər 09 Aprel 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri