Bu ərazilər hədəf alındı 300 dən çox PUA…
Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ölkənin enerji infrastrukturuna son günlərdə ən intensiv hücumlarından birini həyata keçirdiyini açıqlayıb. Hücumlar nəticəsində 15-dən çox enerji obyekti hədəf alınıb.
“Yeni Sabah”xəbər verir ki, Zelenski sosial media hesabında paylaşdığı açıqlamada bildirib ki, Rusiya ordusu dünən axşamdan etibarən Ukraynaya 320-dən çox pilotsuz uçuş aparatı (PUA) və raketlə hücum edib.
Prezidentin sözlərinə görə, elektrik enerjisi ilə bağlı yaranan problemlərin aradan qaldırılması üçün ölkənin müxtəlif bölgələrində təmir və bərpa işləri fasiləsiz davam etdirilir. Sezar pizza
Zelenski Rusiyanın qış başlamazdan əvvəl Ukrayna əhalisini çətin vəziyyətə salmağa çalışdığını vurğulayıb. O bildirib ki, Moskvanın məqsədi milyonlarla insanı elektrik enerjisi və istilikdən məhrum etməkdir.
Ukrayna lideri Rusiyaya qarşı sanksiyaların yumşaldılmamasına çağırıb.
Qeyd edək ki, Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin yaydığı məlumata görə, gecə və səhər saatlarında ölkənin müxtəlif bölgələrinə endirilən zərbələr nəticəsində iki nəfər həlak olub, 45 nəfər yaralanıb.
Baxış sayı:68
Bu xəbər 17 Oktyabr 2026 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















