Bu ərazilərdə işıq KƏSİLƏCƏK
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Sabah Naxçıvanın bir sıra ərazilərində işıq olmayacaq.
Redaktor.az xəbər verir ki, 110/35 kV-luq Xalxal yarımstansiyasından qidalanan 35/10 kV-luq Kərimbəyli yarımstansiyasında planlı təmir işləri aparılacaq.
Aprelin 1-i saat 11:00-dan 14:00-dək təmir işləri ilə əlaqədar olaraq Kərimbəyli yarımstansiyasından qidalanan 10 kV-luq xətlər üzrə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
Bu səbəbdən Su kəməri, Kərimbəyli, Zeynəddin, Sirab kənd, Sirab zavod, Kosmos, Göynük və Quşçuluq hava elektrik verilişi xətlərində gərginlik olmayacaq.
Həmin xətlər vasitəsilə enerji ilə təmin olunan Dizə, Qaraqala, Kəlbəoruc Dizə, Kültəpə, Kərimbəyli, Sirab kənd, Sirab zavod, Zeynəddin, Qahab, Naxışnərgiz, Nəcəfəli Dizə, Nəhəcir, Göynük, Yarımca, Badaşqan və Hacıvar kəndlərinə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
Təmir işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilişi bərpa olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 31 Mart 2026 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















