Bu ərazilərdə İŞIQ KƏSİLƏCƏK KONKRET
Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ordubad rayonunun bir neçə kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
KONKRET.az xəbər verir ki, “Azərenerji” ASC-nin təsdiq etdiyi Naxçıvan Muxtar Respublikasının “Elektroenergetika konsepsiyası” üzrə 2025-ci ildə nəzərdə tutulan işlər çərçivəsində yeni tikilən 110 kilovoltluq “Ordubad-2” hava elektrik verilişi xəttinin çəkilməsi zamanı təhlükəsizlik tədbirləri məqsədilə 35/10 kilovoltluq “Düylün” yarımstansiyasından qidalanan 10 kilovoltluq “Aza” hava elektrik verilişi xətti razılaşdırılmış sifarişə əsasən açılacaq.
Bununla əlaqədar Ordubad rayonunun Azadkənd, Aza, Darkənd, Qoşadizə, Kələntər Dizə, Sabirkənd, Gilançay və Baş Dizə kəndlərində 15 oktyabr tarixində saat 09:00-dan 11:00-a qədər elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
Baxış sayı:113
Bu xəbər 13 Oktyabr 2025 18:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















