Bu ərazilərdə qarın hündürlüyü 3 sm ə çatıb FAKTİKİ HAVA
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yağan qarın hündürlüyü Şahdağda 3, Qrız (Quba) və Lazada (Qusar) 2 sm-dir.
Bakıvaxtı.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin dekabrın 3-ü saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir.
Dağlıq ərazilərdə - Kəlbəcər, Laçın, Şahdağ, Daşkəsən, Gədəbəy, Xınalıq (Quba), Qrız(Quba), Lazada(Qusar) qar yağır.
Düşən yağıntının miqdarı Qobustanda 14, Şamaxıda 12, Bakıda və Abşeron yarımadasında 5, Şəkidə 4, Xızı və Göyçayda 3, Şabran və Qubada 2, İsmayıllı, Goranboy, Şəmkir, Gəncə, Sarıbaş (Qax), Culfa, Astara, Mingəçevir, Yevlax, Kürdəmir, Sabirabad, Naftalan, Tərtər, İmişli, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.
Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin sürəti arabir 17 m/s-dək güclənir.
Şamaxı, Xızı, Naxçıvan, Quba, Qusar, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 03 Dekabr 2025 09:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















