Icma.az
close
up
RU
Bu ərazilərdə təhlükə ARTDI: Bakı sakinlərinə XƏBƏRDARLIQ

Bu ərazilərdə təhlükə ARTDI: Bakı sakinlərinə XƏBƏRDARLIQ

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Son illərdə Bakıda çökmə hadisələri əsasən yol infrastrukturu sahəsində müşahidə olunsa da, yaşayış massivlərində də bu hadisəyə tez-tez rast gəlirik. Məsələn, 2023-cü ildə Əbdülvahab Salamzadə küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yerləşən körpünün üzərində asfalt-beton örtüyünün aşınması nəticəsində çökmə yaranmışdı. Bundan əlavə, 2024-cü ildə ölkə ərazisində qeyri-sabit və yağmurlu hava şəraitindən sonra bəzi bölgələrdə, o cümlədən Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu hissəsində sürüşmə və çökmə prosesləri qeydə alınıb. 

Bakıda çökmə və sürüşmə təhlükəsi təkcə Bayıl yamacı ilə məhdudlaşmır; paytaxtın bir çox əraziləri də sürüşmə baxımından aktiv zonalar hesab edilir. Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun mütəxəssislərinin apardıqları tədqiqatlara görə, hazırda Bakıda Əhmədli şosesi, Zığ şosesi, Bayıl və digər bir sıra ərazilərdə sürüşmə təhlükəsi mövcuddur. 

Bu ərazilərdə sürüşmə sahələri geniş yayılıb və həmin ərazilər yaşamaq üçün olduqca təhlükəli hesab edilir. Buna baxmayaraq, həmin sürüşmə sahələrində 150 mindən çox əhali məskunlaşıb. Sürüşmə zonaları hər zaman aktiv olmasa da, əlverişli şərait yarandığı anda problemlər ortaya çıxır.

Bəs hazırda riski ərazilər hansılardır?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Ajans.az-a bildirib ki, seysmik aktiv ərazilərdə sürüşmələrə və çökmələrə məhz su və kanalizasiya sistemlərinin düzgün qurulmaması səbəb olur:

Ekspert qeyd edib ki, Bakıda sürüşməyə meylli zonalar olsa da, həmin ərazilərdə tikinti işləri hələ də davam edir:

"Həmin ərazilərə nəzər salsaq, orada sürüşməyə meylli zonalar olsa da, yenə də tikinti işləri davam edir. Fərdi həyət evləri və çoxmənzilli binalar inşa olunur. Halbuki, istənilən seysmik aktiv bölgədə hərəkətlilik yarana bilər. Lakin bu, müəyyən tədbirlər görülməklə minimuma endirilə bilər. Əgər problem ciddi deyilsə, qarşısını almaq mümkündür. Amma təəssüf ki, təhlükəyə baxmayaraq, bu ərazilərdə yaşayış genişlənir".

Elnur Fərzəliyev bildirir ki, Bakıda köhnə çoxmənzilli binaların ətrafında yeni tikililər ucaldılır. Lakin bu tikililərin kanalizasiya sistemi nəzərə alınmır:

"Yeni tikilən binaların kanalizasiya sistemi üçün ayrıca xətlər çəkilmir. Bunun əvəzinə, həmin binaların tullantı suları sovet dövründə tikilmiş köhnə sistemlərə qoşulur. Nəticədə isə bu xətlər çirkab sularını normal şəkildə ötürə bilmir. Bakı şəhərinin kanalizasiya sistemi hələ də 90-cı illərin infrastrukturuna uyğundur. Halbuki, hazırda şəhərin əhalisi dəfələrlə artıb, su istifadəsi normativdən qat-qat çoxdur".

Ekspert vurğulayır ki, Bakıda baş verən güclü yağışlardan sonra yolların su ilə dolması da məhz bu problemdən qaynaqlanır:

"Son yağışlarda tunellərdə su yığıldı və iki nəfər həyatını itirdi. Bunun əsas səbəbi Bakıda kanalizasiya sisteminin yaxşı qurulmamasıdır. Kanalizasiya sistemləri təkcə yağış sularını deyil, eyni zamanda qrunt sularını, tullantı sularını və krant sularını da qəbul etməlidir. Üstəlik, şəhərdə çox sayda avtoyuma məntəqəsi var. Bu məntəqələrdə yuyulan avtomobillərin suları birbaşa kanalizasiyalara axıdılır və xətlər daha da yüklənir. Bu səbəbdən də şəhərin bəzi yerlərində çökmə hadisələri artır".

Ekspertin sözlərinə görə, Bakıda ən ciddi problemlərdən biri də yeraltı kommunikasiya sistemlərinin qeyri-müəyyən olmasıdır:

"Şəhərdə dövlət qurumları arasında koordinasiya yoxdur. Bakı şəhərinin yeraltı xəritəsi belə mövcud deyil. Hansısa tikinti şirkəti torpaq sahəsi alır və bina tikməyə başlayır. Daha sonra isə məlum olur ki, həmin ərazinin altında qrunt suları və ya başqa maneələr var. Bu da tikinti zamanı əlavə problemlər yaradır. Nəticədə isə sürüşmə və çökmə hadisələri artır".

Elnur Fərzəliyev əlavə edib ki, təkcə Bakı-Abşeron ərazisində 500 minə yaxın fərdi yaşayış evi çıxarışsızdır. Bu evlərin əksəriyyəti tikintisi qadağan olunmuş ərazilərdə inşa edilib: "Bakı və Abşeron yarımadasında minlərlə insan sürüşmə riski olan ərazilərdə ev tikib. Halbuki, bu yerlər yaşayış üçün yararsızdır. Əgər həmin zonalarda böyük bir sürüşmə hadisəsi baş versə, nəticələri faciəvi olacaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:273
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Yanvar 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri