Bu ərazilərdə torpağı olanların NƏZƏRİNƏ: kompensasiya veriləcək
Icma.az bildirir, Dogru.az saytına əsaslanaraq.
Azərbaycanda bir sıra ərazilərdə dövlət layihələrinin həyata keçirilməsi üçün tikinti altına düşən torpaq sahələri üzrə mülkiyyətçilərə kompensasiya veriləcək.
Bu barədə İqtisadiyyat.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat əldə edib.
ADSEA-nın Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti mülkiyyətçilərə dəyən zərərin kompensasiyasının hesablanması üçün qiymətləndirmə işlərinə başlayır.
Belə ki, Böyükşor Tullantı Sutəmizləyici Qurğusunun, Salyan şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı 11 ədəd tullantı su nasos stansiyasının, Xaçmaz rayonunda əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün 6 ədəd kiçik sututarın tikintisi layihəsi altına düşən torpaq sahələrinin mülkiyyətçilərinə kompensasiya veriləcək.
Qiymətləndirmə işlərindən sonra kompensasiyanın məbləği məlum olacaq.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 18 Mart 2026 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















