Bu əraziyə suyun verilişi sabaha qaldı Doğru Xəbərlər
Dogru.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakının Hövsan qəsəbəsinin su təchizatı sabah bərpa ediləcək.
Doğru.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
“Magistral su kəmərində baş verən qəzanın aradan qaldırılması ilə bağlı işlər çərçivəsində Suraxanı rayonu Hövsan qəsəbəsinin bəzi ərazilərində suyun verilməsində 15 noyabr tarixində yaranan fasilələrin 16 noyabr tarixi, səhər saatlarında aradan qaldırılacağını bildirmişdik.
Həmin xəttin üzərindəki torpaq təbəqəsi açıldıqdan sonra qəza həcminin böyük olduğu aşkarlanıb. Bununla bağlı təcili təmirə ehtiyac yarandığı üçün ümumi işlərin noyabrın 17-si tam yekunlaşdırılacağı və əraziyə suyun verilməsinin gün ərzində mərhələlərlə bərpa ediləcəyi planlaşdırılır”, – məlumatda bildirilib.
DOĞRU.AZ
Baxış sayı:69
Bu xəbər 18 Noyabr 2024 01:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















