Bu ev bitkisi Alzheimerin dərmanı ola bilər
Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
Adətən kosmetika və yaraların sağaldılması üçün istifadə edilən aloə vera bitkisinin beyin sağlamlığı üçün gözlənilməz faydası aşkarlanıb. Mərakeşin Kasablanka Universitetinin mütəxəssisləri tərəfindən aparılan yeni elmi tədqiqat bu bitkinin yaddaş pozğunluğuna qarşı güclü silah ola biləcəyini göstərir. Tədqiqatçıların gəldiyi qənaətə görə, aloə veranın tərkibindəki bəzi elementlər demensiyanın ən geniş yayılmış forması olan Alzheimer xəstəliyinin gedişatını ləngitmək gücünə malikdir.
Demokrat.az xəbər verir ki, alimlər aloə yarpaqlarının tərkibindəki təbii birləşmələrin beyin funksiyalarına təsirini dərindən analiz ediblər. Məlum olub ki, bitkinin içindəki beta-sitosterin adlı maddə yaddaşın qorunmasında həlledici rol oynayan neyromediatorların parçalanmasının qarşısını alır. Xüsusilə beyində diqqət və öyrənmə qabiliyyətinə cavabdeh olan asetilxolin səviyyəsini sabit saxlamaqla idrak zəifləməsini ləngitmək mümkündür.
Aparılan analizlər beta-sitosterinin orqanizm tərəfindən asanlıqla mənimsənildiyini və zərərli toksik təsirlərinin minimum olduğunu üzə çıxarıb. Bu da bitki mənşəli birləşmənin gələcəkdə Alzheimer əleyhinə hazırlanacaq yeni nəsil dərmanlar üçün əsas xammal olacağını vəd edir.
Buna baxmayaraq mütəxəssislər hələlik ehtiyatlı danışmağa üstünlük verirlər. Çünki hazırkı nəticələr yalnız kompüter modelləşdirilməsi vasitəsilə əldə edilib. Aloə veranın rəsmi tibdə Alzheimer müalicəsi kimi qəbul olunması üçün daha geniş laboratoriya sınaqları və insanlar üzərində klinik tədqiqatların aparılması gözlənilir.
İsmayıl
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Bu əlamətlər Alzheimerin xəbərçisidir
14 Fevral 2025 17:16
Tualet vərdişlərindəki dəyişiklik Alzheimerin başlanğıcı ola bilər
29 Noyabr 2025 07:21
Alimlər Alzheimerin çarəsini TAPDILAR
07 Oktyabr 2025 16:02
Qlükozamin Alzheimerin inkişafını sürətləndirir
16 İyun 2026 19:00
Alzheimerin müalicəsində yeni üsul kəşf olundu
04 Oktyabr 2025 07:07
Baxış sayı:113
Bu xəbər 11 Fevral 2026 03:00 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları