Bu forum artıq yalnız MDB ölkələrini əhatə etmir Tahir Budaqov
Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
3 gündür ki, Bakıda "Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu" mövzusunda keçirilən III Beynəlxalq Statistika Forumu qlobal status qazanıb. SİA xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin (DSK) sədri Tahir Budaqov tədbirdə bildirib.
"Bu forum artıq yalnız MDB ölkələrini əhatə etmir. Tədbirdə Asiya və Avropadan bir çox ölkənin nümayəndələri iştirak edib. Onlayn qoşulmalar Cənubi Afrika və Latın Amerikası üzrə nəzərdə tutulmuşdu, lakin olmadı. Bu isə forumun məzmununun və iştirakçı dairəsinin keyfiyyətcə genişləndiyini göstərir.
Odur ki, forumun adından MDB abreviaturası çıxarılmalıdır və gələcəkdə bu beynəlxalq forum kimi keçiriləcək, ilbəil daha çox ölkə və iştirakçını əhatə edəcək və DSK-nın himayəsi altında təşkil olunacaq", - deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 26 Sentyabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















