Bu foto məsum uşaqların harayıdır
Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.
Lisey və gimnaziyalara hazırlaşan 4-cü sinif şagirdlərini bu hala salan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə, təhsil naziri Emin Əmrullayevə...
İmtahana az qalmış verdiyiniz yanlış qərarı uşaqlara açıqlaya bilmirik. Çünki həvəslə qədəm qoyduqları yoldan, sizin formalaşdırdığınız təhsil sistemindən üz döndərmələrindən qorxuruq.
Əgər 4-cü sinifdən (5-ci sinfə qəbul) lisey və gimnaziyalara qəbulu ləğv edəcəkdinizsə, bunu 2024-2025-ci tədris ilinin əvvəlində etməli idiniz. Hazırda mənasız hesab olunan sınaqları keçirməməli idiniz. Şagirdlərin hər ay 12 manatı mənimsənməli deyildi.
Orta məktəblərdə təhsil səviyyəsi zatən ürəkaçan deyil. Məcbur qalıb repetitorlara üz tutan valideyn və şagirdlərin zəhmətini bir yanlış qərarla yerə vurmaq lazım deyil. Xəyallarını, gələcəyə baxışlarını alt-üst etməyə ehtiyac varmı!?
Foto təsadüfən seçilməyib. Bu foto səhər dərsə gedib, evə qaçaraq gəlib acqarına repetitor yanına qaçan, axşam 8-də evə gələn və gecə saatlarına qədər hazırlaşan məsum uşaqların harayıdır. Çünki onlar normal yuxuya belə həsrət qalıblar. Masada oxuduğu kitabın üstünə başlarını qoyub yatmalı olurlar.
Hazırda hazırlıq üzrə yaradılan qrupları valideyn etirazları bürüyüb. Sabaha Allah kərimdir!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 27 May 2025 04:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















