Icma.az
close
up
RU
Bu fotodakı liderlərdən demək olar ki, heç kim qalmadı: Sıra kimdədir?

Bu fotodakı liderlərdən demək olar ki, heç kim qalmadı: Sıra kimdədir?

Icma.az, Publika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünya siyasətində bir çox dəyişikliklərin şahidi oluruq. Artan inflyasiya, yüksək yaşayış xərcləri və immiqrasiya kimi fundamental problemlər ölkələrin əsas problemləri olaraq önə çıxır. 2022-ci ildə keçirilən G7 sammitində iştirak edən liderlərin demək olar ki, hamısının mövqelərini itirməsi dəyişiklik küləyinin nə qədər təsirli əsdiyini ortaya qoyur. Ursula fon Leyen və Emmanuel Makrondan başqa bütün liderlər G7 meydanında uduzsa da, Leyen və Makron da gücünü itirir.

Publika.az xəbər verir ki, pandemiyanın sosial, iqtisadi və siyasi təsirləri dünya ictimai rəyində qırılma yaratsa da, Rusiya-Ukrayna müharibəsi xüsusilə Avropada tarazlığı pozub. Böyük seçkilər ili olan 2024-cü ildə liderlərin dəyişməsinə və ya hakimiyyətlərini itirməsinə səbəb olub.

ABŞ-ın keçmiş prezidenti Barak Obamanın dediyi kimi, dünyada ifrat sağçı tendensiya üstünlük təşkil edir. Lakin liderlərin dəyişməsinin qlobal səbəbləri olduğu kimi, daxili səbəblər də ön plandadır.

İtaliya

O vaxt İtaliyanın baş naziri olan Mario Draqi uzun müddət qeyri-sabitlikdən əziyyət çəkən İtaliyada texnokrat lider olaraq ölkənin baş naziri təyin edilib. 2022-ci ilin sentyabrında İtaliyada erkən seçkilər keçirildi və ifrat sağçı İtaliya Qardaşları (FdI) partiyasının lideri Corca Meloni qalib gələrək baş nazir oldu. 2025-ci ilin yanvarına olan məlumata görə, Meloni Avropa siyasətində ən etibarlı siyasi fiqurlardan biridir.

Avropa Komissiyası

Avropa Komissiyasının sədri Ursula fon der Leyen 2024-cü ildə Avropa Parlamentinə seçkilərdən sonra səlahiyyətlərini itirsə də, AP tərəfindən yenidən Avropa Komissiyasının sədri seçilib. Bununla belə, sağ mərkəzçilərin liderlərindən biri olan Leyen parlamentdə güclərini artıran ifrat sağçı bloklara qarşı daha diqqətli siyasət yürütməlidir.

ABŞ

ABŞ prezidenti Co Bayden 13 gündən sonra rəsmi olaraq siyasi həyat ilə vidalaşır. Onu Donald Tramp əvəz edəcək.

Almaniya

Almaniya Sosial Demokrat Partiyasının üzvü, kansler Olaf Şolts 2024-cü ilin sonunda Azad Demokratların lideri Kristian Lindneri Maliyyə Nazirliyindən uzaqlaşdırıb. Bu hərəkətdən sonra koalisiya dağılıb. Parlamentdən də etimad səsi ala bilməyən Şolts növbədənkənar seçkilərlə bağlı qərarını açıqlayıb. Almaniya fevralın 23-də seçkiyə gedəcək. Hazırda seçki yarışının əsas lideri kimi Alisa Veydelin adı çəkilir. Sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının namizədi A.Veydelin reytinqi 21 faizə çatıb. Onun hazırki kansler Olaf Şoltsu əvəz edə biləcəyi proqnozlaşdırılır.

Böyük Britaniya

Böyük Britaniyanın baş naziri Boris Conson Brexitdən sonra siyasi sabitliyini itirmiş ölkədə son 9 ildə istefa verməli olan beş baş nazirdən yalnız biridir.

Kanada

Liberal Partiyasının lideri olaraq seçkilərdə qalib gələn və 2015-ci ildə 44 yaşında baş nazir olan Castin Trüdo günü-gündən itirən populyarlığının partiya daxilində böhrana çevrilməsindən sonra dünən istefa verdiyini açıqlayıb.

Yaponiya

2021-ci ildə baş nazir olan Liberal Demokrat Partiyasının lideri Kişida 2024-cü ildə istefa verməli olub.

Fransa

Fransa prezidenti Emmanuel Makron vəzifəsini davam etdirsə də, parlamenti itirdiyinə görə çıxılmaz vəziyyətdədir. Parlament seçkiləri nəticəsində sol ittifaq birinci, Milli Mitinq isə cüzi fərqlə ikinci yerdə qərarlaşıb. Üçüncü yerdə Makronun partiyasıdır.

Avropa Şurası

Avropa Komissiyası və Avropa Parlamenti ilə birlikdə Avropa İttifaqının üç əsas orqanından biri olan Avropa Şurasının prezidenti Şarl Mişel 2024-cü ildə vəzifəsini portuqaliyalı Antonio Kostaya təhvil verib. Aİ Şurasının prezidenti birbaşa üzv olan 27 ölkənin hökumət və dövlət başçıları tərəfindən seçilir. Kosta Aİ liderlərinin razılığı ilə vəzifəsinin icrasına başlayıb.

Aysel Şahmar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://publika.az
archiveBu xəbər 07 Yanvar 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see229

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see171

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see146

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see137

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri