Bu futbolçu artıq Mourinyoya lazım deyil
Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Mövsümün əvvəlində Joze Mourinyonun tələbi ilə böyük ümidlərlə 8 milyon avro qarşılığında ''Əl-Əhli''dən icarəyə götürülən Alan Sen-Maksimen zəif performansla həm Mourinyonun, həm də fanatların gözündən düşüb.
''Football-plus.az'' xəbər verir ki, portuqaliyalı mütəxəssisin ikinci dövrədə ''Fənərbaxça''nı fərqli sistemlə oynatmağı planlaşdırır. Ona görə də Sen-Maksimenə artıq əsas futbolçu gözü ilə baxılmır. Sol vinger mövqeyində Oğuz Aydının performansını yüksəltməsinin ardından Sen-Maksimen tez-tez ehtiyatda qalmağa başladı. O, son 6 turun heç birində əvvəldən sona qədər meydanda olmayıb. Son 2 oyunda isə Mourinyo ümumiyyətlə bu futbolçuya şans verməyib! Sen-Maksimen ''Qaziantep''ə qarşı 45, ''Beşiktaş''a qarşı 67, ''İstanbul BŞ''yə qarşı 35, ''Eyüpspor''a qarşı 21 dəqiqə forma geydiyi halda ''Hatayspor'' və ''Konyaspor''a qarşı oyunları ehtiyat oyunçular skamyasında keçirib.
''Fənərbaxça'' onun müqaviləsini ləğv edərək ''Əl-Əhli''yə geri göndərməyin yollarını axtarır. Amma Səudiyyə Ərəbistanı təmsilçisi bununla razılaşmır. Bu klub Sen-Maksimenin geri göndərilməsini istəmir və ''Fənər''dən müqavilənin şərtlərinə əməl etməyi tələb edir. 27 yaşlı futbolçu bu mövsüm iştirak etdiyi 22 qarşılaşmada cəmi 3 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib.
ƏLİ
Baxış sayı:157
Bu xəbər 17 Yanvar 2025 21:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















