Icma.az
close
up
RU
Bu futbolçunun hər dəqiqəsi Fənər ə 72 min avroya başa gəlir!

Bu futbolçunun hər dəqiqəsi Fənər ə 72 min avroya başa gəlir!

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

''Fənərbaxça''nın qış transfer dönəmində heyətinə qatdığı mərkəz müdafiəçilərindən Milan Şkrinyar özünü yaxşı tərəfdən göstərməyi bacarıbsa, Dieqo Karlosla bağlı günü-gündən suallar çoxalır.
Halbuki Şkrinyar klubda icarə əsasında top qovursa, məhz Karlos daimi əsasda heyətə cəlb olunub. Amma belə davam etsə, onun Türkiyə macərası cəmi 6 ay çəkəcək. Çünki Karlos həm ümidləri doğrultmur, həm də kluba çox baha başa gəlir. 32 yaşlı müdafiəçi ''Kayserispor'' və ''İstanbul BŞ'' ilə oyunlarda qazandığı şansı yaxşı dəyərləndirə bilmədi.
Bəzi epizodlarda çox kobud və peşəkar futbolçuya yaraşmayan səhvlərə yol verən Karlosun qazancı indi camiədə ən çox müzakirə olunan mövzulardandı. Təkcə bir faktı vurğulayaq ki, ''sambaçı'' klub tarixinin ən bahalı müdafiəçisidi. ''Fənər'' qışda onu ''Aston Villa''dan 11,5 milyon avroya transfer edib. İllik qazancı 4 milyon avro olan futbolçu cəmi bir neçə ay üçün 2 milyon avro qazanıb. Gəldiyi gündən bu yana zədə üzündən 15 oyun qaçıran Dieqo Karlos cəmi 5 rəsmi matçda 188 dəqiqə meydanda olub.
Klub büdcəsindən indiyə qədər bu futbolçuya ümumilikdə 13,5 milyon avro çıxdığını nəzərə alsaq, Karlosun meydanda keçirdiyi hər 1 dəqiqə ''Fənərbaxça''ya 72 min avroya başa gəlib! Türkiyə mətbuatının yazdığına inansaq, rəhbərlik onunla vidalaşmağın və bu ağır şərtlərdəki müqavilədən minimum zərərlə qurtulmağın yollarını axtarır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:53
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 May 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see182

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see149

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see140

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see139

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see132

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see131

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see128

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see128

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see126

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see123

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see123

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see123

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri