Bu gecə həlledici ola bilər İranı nə gözləyir? KONKRET
Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gecə ABŞ İran ərazisinə quru qoğunları yerdidə bilər. Hücumun əsas hədəfi İslam Respublikasının Xərq adasıdır.
KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, Tehran adaya əlavə qüvvələr göndərir və sahilboyu minalar yerləşdirir.
Bölgədəki son prosesləri şərh edən Böyük Britaniya İşçi Partiyasının keçmiş lideri, analitik Ceremi Korbin hesab edir ki, amerikalıların atəşkəs və danışıqlar barədə ritorikası tələdən başqa bir şey deyil. Onun fikrincə, ABŞ sonradan deyəcək ki, guya danışıqlar təklif olunub, lakin İran bunu qəbul etməyib və buna görə də quru əməliyyatına başlamağa məcbur qalıblar.
Ceremi Korbin mümkün quru müharibəsinin tarixlərini də qeyd edib – onun ehtimalına görə, əməliyyat martın 27-dən 28-nə keçən gecə başlaya bilər.
O bildirib ki, əgər proqnoz verməli olsa, çox ümid edir ki, yanılır, lakin onun qənaətincə, Tramp cümə gecəsi, fond birjaları, neft və digər xammal, həmçinin valyuta bazarları
bağlandıqdan sonra bu “saxta və mövcud olmayan danışıqlar” mövzusunu bağlayacaq və həmin vaxt İrana qarşı hərbi hücuma başlayacaq.
“The Wall Street Journal” da yazır ki, İrana qarşı quru əməliyyatı yaxın vaxtlarda başlaya bilər. Vaşinqtonun İsraili hücuma hazırlıq barədə məlumatlandırdığı bildirilir. ABŞ rəsmiləri müttəfiqlərinə deyiblər ki, “görünür, başqa seçim qalmayıb”.
“The Jerusalem Post” isə qeyd edir ki, ABŞ-ın əsas məqsədi İranın neft ixracının mərkəzi olan Xərq adasını ələ keçirməkdir. Bu adadan ixrac olunan yüklərin 90 faizi Çinə göndərilir.
Eyni zamanda, Tehran hücum ehtimalına qarşı hazırlıq görür: adaya əlavə qüvvələr göndərilir və sahilboyu minalar yerləşdirilir.\\“Yeni Sabah”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 27 Mart 2026 19:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















