Icma.az
close
up
RU
Bu gənclər nağıllarımızı süni intellektlə canlandırdı Video

Bu gənclər nağıllarımızı süni intellektlə canlandırdı Video

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

AI4ART (Süni zəka incəsənət naminə) layihəsi nağıllarımızı animasiyalaşdırıb.

“Qafqazinfo” xəbər verir ki, AI4ART Mədəniyyət Nazirliyinin dəstəyi ilə  “Yaradıcı Mərkəz” də həyata keçirilir.

Yaradıcı Mərkəz müasir gənclərin yeni mədəniyyət vərdişlərinin inkişafı üçün toplandığı bir məkandır. Mərkəz ölkəmizin 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq Mədəniyyət Nazirliyi tərəfindən “Yaradıcı Azərbaycan” proqramı çərçivəsində təsis edilib. Yaradıcı və innovativ ekosistemin formalaşdırılması, rəqabətqabiliyyətli gənc kadrların hazırlanması və rəqəmsal transformasiyanın sürətləndirilməsi üzrə həyata keçirilən dövlət siyasətinin tərkib hissəsidir. Mədəniyyət Nazirliyi bu kimi təşəbbüsləri dəstəkləyərək gənclərin peşəkar inkişafına və yeni iqtisadi dəyər yaradan layihələrin meydana çıxmasına dəstək olur.

AI4ART təlimi gənclərin yeni peşə vərdişlərinə yiyələnməsinə hədəflənib. İştirakçılar burada süni intellekt texnologiyalarının incəsənət, dizayn, animasiya, media və digər yaradıcı sahələrdə tətbiqi, rəqəmsal kontent istehsalı üzrə nəzəri biliklər və praktiki bacarıqlar əldə edib. Süni intellektin sürətli inkişaf etdiyi dövrdə belə təşəbbüslərin davamlı olması Azərbaycan yaradıcı sənayesinin regional və qlobal miqyasda rəqabət gücünü artırır.

AI4ART təlim proqramının 2-ci mövsümünün sonunda  Demo Day (Məzun günü) hər bir iştirakçı layihəsini təqdim edib. 20 layihə kerativlik, innovativlik və tətbiqyönümlülük baxımından qiymətləndirilib. 4 layihə - nağıllarımızın animasiya treylerləri xüsusi fərqlənib və “Fərqləndirilmə sertifikatı” alıb:

Almaz Abdullayeva, “Şəkilçi”

Süni intellektlə hazırlanan brendinq konsepti əsasında yaradılan limitli tablo kolleksiyası. Hər tablo unikal vizuala sahibdir və QR kod vasitəsilə həmin əsərin animasiyalı versiyasına keçid təqdim edir. İlk seriya Azərbaycan xalça motivlərindən ilhamlanıb.Aynurə Vəlizadə, “Uşaqlar üçün Multimodal Təhsil”

“Uşaqlar üçün Multimodal Təhsil” layihəsi musiqi, animasiya, hərəkət və vizual təsvirlərin sintezi ilə erkən yaşlı uşaqların idrak və emosional inkişafını dəstəkləyən interaktiv tədris modelidir.

Mirtalib Həsənov, “İki alma”

“İki alma” layihəsi Azərbaycan nağıllarına uşaqlar və gənclər arasında marağı artırmağı hədəfləyir. Layihə nağıl motivlərini müasir yanaşma ilə – qısa film formatında yenidən təqdim edir.

Vüsal Abdullazadə, “Duman çəkiləndə”

“Duman çəkiləndə” layihəsi təbiət ilə insan münasibətlərinin mərhələlərini təsvir edən poetik trilogiyanın ilk filmidir. Uşağın bir gün ərzində təbiət qoynunda keçirdiyi duyğusal dəyişiklikləri simvolik dillə təqdim edir.

Süni zəka ilə yaradılan bu animasiyalardakı hekayələrin davamını isə uşaqlar kitabda oxuya bilər. Bununla layihə həm də uşaqlara oxu vərdişləri təşviq edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 01 Dekabr 2025 08:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri