Icma.az
close
up
RU
Bu, gənclərin inamını ciddi şəkildə sarsıdır Razi Nurullayev

Bu, gənclərin inamını ciddi şəkildə sarsıdır Razi Nurullayev

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bu gün cəmiyyətimizdə çoxsaylı gənclər var ki, dövlət qulluğuna girmək üçün illərlə hazırlaşır, imtahan verir, yüksək bal toplayır, lakin yenə də işə qəbul oluna bilmir. Bu, artıq fərdi yox, sistemli bir problemdir. Dövlət qulluğuna qəbul prosesi formal olaraq ədalətli görünsə də, reallıqda bir çox hallarda imtahan balı işlə təminata çevrilmir”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Razi Nurullayev deyib.

“Əgər imtahan və bal obyektiv meyardırsa, niyə yüzlərlə, bəzən minlərlə gənc “ehtiyat kadr siyahısında” illərlə qalır və iş tapa bilmir? Digər tərəfdən, çox vaxt həmin vəzifələrə tanışlıqla, ya da daxildən yönləndirilən şəxslər qəbul olunur. Bu, ədalət prinsipini, dövlətin nüfuzunu və gənclərin inamını ciddi şəkildə sarsıdır.

Biz gənclərə deyirik ki, oxuyun, çalışın, imtahan verin, biliklə yüksəlin. Amma sistem onlara fərqli siqnal göndərir – “bacarıq yox, münasibət vacibdir”. Belə olduqda isə dövlət xidməti olan dövlət qulluğu imtahanından yüksək bal toplamış istedadlı gənclər üçün cəlbedici yox, ümid sındıran bir məkana çevrilir.

Bu problemi həll etmək üçün, birinci növbədə, imtahanı keçən hər bir namizədin yerləşdirilməsi üçün şəffaf mexanizm yaradılmalıdır. Boş yerlər real və açıq elan olunmalı, müsahibə mərhələsində subyektivlik aradan qaldırılmalıdır.

Dövlət qulluğunda işləmək istəyən gənc “tanışım yoxdur” deməməlidir. O, inanmalıdır ki, biliyi və zəhməti onun ən böyük dayağıdır. Bu sahədə sosial ədalət bərpa olunmadıqca, nə dövlətə inam möhkəmlənəcək, nə də cəmiyyətin gələcəyinə istədiyimiz inam”, – Razi Nurullayev bildirib.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 31 Oktyabr 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see356

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see250

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see149

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see148

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see140

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see139

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see139

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see137

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri