Icma.az
close
up
RU
“Bu, gənclərin özünə inamının artmasına şərait yaradıb” ŞƏRH

“Bu, gənclərin özünə inamının artmasına şərait yaradıb” ŞƏRH

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“2 Fevral tarixi - Azərbaycan Gənclərinin Günü ölkəmiz üçün çox əhəmiyyətlidir. Gənclər Azərbaycanın ictimai-siyasi həyatında mühüm yer tutur. Bu əlamətdar gün Azərbaycan gəncliyinə göstərilən yüksək dövlət qayğısının, gənclərin cəmiyyətin aparıcı qüvvəsi kimi qəbul olunmasının bariz ifadəsidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.

Onun sözlərinə görə, Gənclər Günü Ulu Öndər Heydər Əliyevin 1 fevral 1997-ci il tarixində imzaladığı Sərəncama əsasən təsis edilmiş və həmin vaxtdan etibarən MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq məhz Azərbaycanda rəsmi şəkildə qeyd olunmağa başlanmışdır:

”Bu fakt Azərbaycanın gənclər siyasəti sahəsində beynəlxalq miqyasda qabaqcıl mövqeyə malik olduğunu təsdiqləyir. Ulu Öndər Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyi hesab edir, onların fiziki və mənəvi baxımdan sağlam, yüksək bilik və əxlaqa malik vətəndaşlar kimi formalaşmasını dövlətin əsas vəzifələrindən biri sayırdı. Onun fikrincə, gənclərin sağlamlığı, təhsili, tərbiyəsi və intellektual səviyyəsi bir-biri ilə sıx bağlıdır və bu amillər dövlətin davamlı inkişafının əsasını təşkil edir. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra gənclərə diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətinə çevrilmiş, gənclərin cəmiyyətin bütün sahələrində fəal iştirakına geniş imkanlar yaradılmışdır. Bu siyasətin mühüm nəticələrindən biri 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması oldu. Nazirliyin fəaliyyəti gənclərlə iş sahəsində dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsinə, gənclər siyasətinin məqsəd və prinsiplərinin sistemli şəkildə həyata keçirilməsinə şərait yaratdı. Eyni zamanda, gənclərin ictimai-siyasi proseslərdə iştirakının artırılması, onların liderlik keyfiyyətlərinin formalaşdırılması istiqamətində mühüm addımlar atıldı. 1996-cı ildə keçirilən Azərbaycan Gənclərinin I Forumu Ulu Öndərin gənclər qarşısında qoyduğu tarixi vəzifələrlə yadda qaldı. O, hər bir Azərbaycan gəncini müstəqil dövlətin bu günü və gələcəyi haqqında düşünməyə çağıraraq, gənclərin Vətən qarşısında məsuliyyətini xüsusi vurğuladı.
Ulu Öndər Heydər Əliyevin gənclər siyasətində təhsil məsələləri də xüsusi yer tuturdu. Xarici ölkələrdə təhsil ənənəsinin bərpası və inkişaf etdirilməsi, istedadlı gənclərə dövlət təqaüdlərinin verilməsi, “Prezident təqaüdü” və “Qızıl kitab” kimi təşəbbüslər gənclərin bilik və bacarıqlarının inkişafına güclü təkan verdi. Bu siyasət gənclərin intellektual potensialının formalaşmasında mühüm rol oynadı və müasir, savadlı milli kadrların yetişdirilməsinə zəmin yaratdı.
Ulu Öndərin müəyyən etdiyi strateji xətt bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir. Prezident İlham Əliyev gənclərə geniş imkanlar yaradıldığını vurğulayaraq, onların bu imkanlardan səmərəli istifadə etməsinin vacibliyini önə çəkir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən gənclər siyasəti gənclərin özünə inamının artmasına, onların cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsinə şərait yaradıb.
Prezident İlham Əliyevin təşəbbüsü ilə “Gənclər ili”nin elan edilməsi, Gənclər Fondunun yaradılması, “Gənclər evi” sosial xidmət müəssisələrinin ölkə üzrə genişləndirilməsi, “Yüksəliş” müsabiqəsi kimi layihələrin həyata keçirilməsi gənclərin intellektual və peşəkar inkişafına xidmət edir. Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin fəaliyyəti isə gənclərin məşğulluğu, karyera planlaması və şəxsi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycan gəncliyi Vətənpərvərlik ruhunda tərbiyə olunaraq ölkənin müdafiəsində, ictimai-siyasi və informasiya müharibəsində fəallıq göstərmişdir. Xüsusilə Vətən müharibəsində gənclərin qəhrəmanlığı və fədakarlığı dövlət gənclər siyasətinin real nəticəsi kimi tarixə düşmüşdür. Bununla yanaşı, gənclər beynəlxalq tədbirlərdə, elm, mədəniyyət, idman və innovasiya sahələrində Azərbaycanı layiqincə təmsil edirlər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 Fevral 2026 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see616

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see251

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see230

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see208

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see205

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see166

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see144

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see141

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see139

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri