Icma.az
close
up
RU
“Bu, gizli qiymət artımıdır...” “Azercell” istehlakçıları aldadır?

“Bu, gizli qiymət artımıdır...” “Azercell” istehlakçıları aldadır?

Icma.az bildirir, Yeniavaz portalına istinadən.


Maaşlar aylıq verilir, mükafatlar aylıq olur, kommunal xərclər aylıq ödənilir, amma “Azercell” tariflərini 30 gündən bir yox, 28 gündən bir yeniləməyə başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist, İTV-nin əməkdaşı Naibə Qurbanova sosial şəbəkə hesabında yazıb.
Naibə Qurbanova yazıb ki, ayların 30-31 günlük sistemi Roma dövründən qalıb, min illərdir istifadə olunur:
“Maaşlar (adətən) aylıq verilir, mükafatlar aylıq olur, kommunal xərclər aylıq ödənilir… və s. Aylıq müddət isə yenə deyirəm, 30-31 gündür. Amma siz birdən ayılıb o günləri 28 etmisiniz və tarifləriniz 30 gündən bir yox, 28 gündən bir yenilənməyə başlayıb. Olmaya, qalan 2 günlərdən 13-cü ay düzəltmək istəyirsiniz?
Siz əsrlərin sınağından çıxmış Qriqori təqviminə də barmaq eləyirsinizsə, gör indi bizim cibimizə nələr edirsiniz e? Dayanmayın, sutkanı da 22 saat edin, dəqiqədən də kəsin - 1 dəqiqəni 30 saniyə edin, saniyəni ümumiyyətlə saya salmayın, necə ki saymırsınız. Nəyi var, göstərin potensialınızı...”.
Qeyd edək ki, “Azercell”ə məxsus sosial şəbəkə hesabı tərəfindən jurnalistin bu paylaşımına münasibət bildirilib.
“Paketlərimizin etibarlılıq müddətinin 30 gündən 28 günə endirilməsi aylıq təqvim günləri praktikasından imtina edərək 4 həftəlik (28 günlük) dövrlərə keçid, beynəlxalq standartlara uyğunluq, xidmətin idarəolunmasının sadələşdirilməsi və daha çevik təkliflərin təqdim edilməsi məqsədi daşıyır”, - deyə “Azercell”dən bildirilib.
Məsələ ilə bağlı Yeniavaz.com-a danışan iqtisadçı-ekspert Allahverdi Aydın deyir ki, mobil operatorun istinad etdiyi “28 günlük dövr” məsələsinin hər hansı beynəlxalq standartla əlaqəsi yoxdur:
“Beynəlxalq standartlar deyəndə, adətən hər kəs tərəfindən qəbul edilən İSO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) və ya İTU (Beynəlxalq Telekommunikasiya İttifaqı) kimi nüfuzlu qurumların müəyyən etdiyi texniki standartlar başa düşülür. Bu qurumlar xidmətin keyfiyyəti, təhlükəsizliyi və digər texniki məsələlər üzrə normalar qoyur. Ödəniş müddətləri isə tamamilə kommersiya qərarıdır. Bu qurumların heç birinin “paket 30 yox, 28 gün olmalıdır” deyə bir qaydası və ya standartı yoxdur”.

Allahverdi Aydın
Ekspert 
bildirir ki, mobil operatorun “beynəlxalq standart” ifadəsi işlətməsi əslində reallığı bir az bəzəmək cəhdidir:
“Telekommunikasiya sahəsində bütün dünyada tətbiq olunan belə bir standart mövcud deyil. Bu, sadəcə operatorların gəlirlərini artırmaq üçün istifadə etdikləri və beynəlxalq bazarda sınanmış bir kommersiya fəndidir. Məsələ çox sadədir; bir təqvim ili 365 gündür və siz ödəniş dövrünü 30 gündən 28 günə endirdikdə, il ərzindəki ödənişlərin sayı 12-dən 13-ə qalxır. Yəni operator faktiki olaraq abunəçidən il sonunda bir aylıq əlavə xidmət haqqı almış olur ki, bu da illik dövriyyədə heç bir investisiya qoymadan təxminən 8 faizlik bir artım deməkdir. Şirkətin “idarəetmənin sadələşdirilməsi” və ya “çeviklik” deməsi sadəcə bu gizli qiymət artımını ört-basdır etmək üçündür. Dünyada bu praktika daha çox öncədən ödənişli paketlərdə tətbiq olunur və Hindistan bu mövzuda ən bariz nümunədir. Orada da operatorlar kütləvi şəkildə 28 günlük sistemə keçmişdilər, lakin istehlakçıların haqlı narazılığından və kütləvi şikayətlərindən sonra dövlətin tənzimləyici qurumu prosesə müdaxilə etdi. Nəticədə operatorlar məcbur qaldılar ki, 28 günlük paketlərlə yanaşı, insanların alışdığı və daha ədalətli olan tam 30 günlük paketləri də yenidən təqdim etsinlər. Yəni bu, bir beynəlxalq standart deyil, tamamilə mənfəət maraqlarına xidmət edən bir addımdır və istehlakçı üçün hər hansı bir faydası yoxdur”.
Elnur Əli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:377
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 15 May 2026 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri