Icma.az
close
up
RU
“Bu görüş müharibənin sonu üçün real dönüş nöqtəsi kimi görünmür” POLİTOLOQ

“Bu görüş müharibənin sonu üçün real dönüş nöqtəsi kimi görünmür” POLİTOLOQ

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

"ABŞ nümayəndələrinin Moskvada keçirdiyi kritik görüş əslində regionda geosiyasi vəziyyətin kəskinləşdiyi bir zamanda baş tutur və bu danışıqların mahiyyəti həm Rusiya-Qərb münasibətlərinin gələcəyini, həm də müharibənin sonlanması ehtimalını müəyyən etmək baxımından xüsusi əhəmiyyət daşıyır. Bu cür görüşlər adətən yalnız diplomatik jest deyil, strateji mesajlaşma və qarşılıqlı “yoxlama” xarakteri daşıyır". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Anar Əliyev deyib.Onun sözlərinə görə, ABŞ və Rusiya artıq birbaşa qarşıdurmanın sərhədlərinə yaxınlaşan vəziyyətdə öz maraqlarını yenidən dəyərləndirməyə məcburdurlar: "Moskvanın əsas tələbləri təhlükəsizlik təminatları, sanksiyaların müəyyən yumşaldılması və Ukrayna istiqamətində Qərbin hərbi dəstəyinin məhdudlaşdırılması kimi məsələlər ətrafında cəmlənir. Rusiya üçün vacib olan amil müharibədə strateji üstünlüyünü qorumaqla yanaşı, iqtisadi və hərbi resursların tükənməsinin qarşısını almaqdır. ABŞ tərəfinin mövqeyi isə fərqlidir. Vaşinqton münaqişənin tam qələbə ilə deyil, idarəolunan və nəzarət edilə bilən mərhələyə keçməsində maraqlıdır. ABŞ üçün vacib olan Rusiya ilə birbaşa toqquşmadan yayınmaq, eyni zamanda Ukraynanı müstəqillik və təhlükəsizlik baxımından tam tərk etməməkdir. ABŞ-ın əsas tələbi Rusiyanın regional ekspansiya imkanlarının məhdudlaşdırılması və münaqişənin daha geniş coğrafiyaya yayılmasının qarşısının alınmasıdır. Bu isə Moskvanın istədiyi şərtlərlə tam üst-üstə düşmür.Danışıqların müharibənin sonunu gətirib-gətirməyəcəyi məsələsinə gəlincə, burada bir neçə kritik faktor mövcuddur. Hazırda tərəflərin tələbləri arasında ciddi uyğunsuzluq var və kompromisə gəlmək üçün həm Moskva, həm də Vaşinqton müəyyən strateji güzəştlərə hazır olmalıdır. Lakin mövcud reallıq göstərir ki, hər iki tərəf müharibəni hələ də öz maraqlarını diktə etmək üçün bir alət kimi istifadə edir. Heç bir tərəf tam uduzan mövqeyində görünmək istəmir. Başqa bir mühüm məsələ odur ki, müharibənin son taleyi təkcə ABŞ–Rusiya dialoqu ilə həll olunmur. Burada Avropa İttifaqının maraqları, Çin faktoru və Ukraynanın öz mövqeyi də ciddi rol oynayır. Ukrayna müəyyən şərtlərə razı olmadığı halda hər hansı razılaşma real nəticə verməyə bilər.ABŞ nümayəndələrinin Moskvadakı kritik görüşü müharibənin diplomatik həllinə gedən yolda mühüm addım sayıla bilər, lakin bunun dərhal münaqişənin sonunu gətirəcəyi real görünmür. Bu görüş daha çox tərəflərin mövqelərini “yoxlaması”, mümkün kompromis xəttlərini müəyyən etməsi və gələcək danışıqların konturlarının formalaşması kimi qiymətləndirilə bilər. Müharibənin sona çatması üçün isə hələ ciddi diplomatik irəliləyiş və qarşılıqlı güzəştlər tələb olunur".

Müəllif: Ziya Hikmətoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Dekabr 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri