Icma.az
close
up
RU
Bu göstəriciyə görə dünyanın ilk 10 ölkəsi sırasındayıq

Bu göstəriciyə görə dünyanın ilk 10 ölkəsi sırasındayıq

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

BMT Baş katibinin hesabatına əsasən, Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə hədəflərinin yalnız 17 faizi üzrə irəliləyiş plan üzrə gedir. Qalan 83 faiz isə ya çox ləng irəliləyir, ya dayanıb, ya da geriyə doğru hərəkət edir.

Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il İllik Toplantıları çərçivəsində 8-ci SDG Dialoqu – “Dayanıqlı İnkişaf üçün İnnovativ Maliyyələşdirmə: Yardım və Ənənəvi ODA-dan Kənar” adlı panel sessiyada Azərbaycan iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov bildirib.

Nazir müşaviri qeyd edib ki, iqlim dəyişiklikləri, ərzaq və su təhlükəsizliyi problemləri, enerji keçidinin xərcləri və sosial bərabərsizliklər inkişaf gündəliyinə ciddi təzyiq yaradır: 

“Ənənəvi inkişaf yardımları getdikcə məhdudlaşır, bir çox orta gəlirli ölkələr isə güzəştli maliyyə resurslarına çıxışda çətinliklərlə üzləşirlər”.

O həmçinin vurğulayıb ki, mövcud şərait innovativ maliyyələşdirmə mexanizmlərinin əhəmiyyətini artırır: 

“Yaşıl maliyyə, İslam maliyyəsi, rəqəmsal maliyyə, qarışıq maliyyələşdirmə və dövlət-özəl tərəfdaşlığı kimi alətlər dayanıqlı inkişafın maliyyələşdirilməsində getdikcə daha vacib rol oynayır”.

H.Hüseynov onu da əlavə edib ki, Azərbaycan MDB məkanında DİM-lər üzrə dörd Könüllü Milli İcmal təqdim edən və bu göstəriciyə görə dünyanın ilk 10 ölkəsi sırasında yer alan yeganə dövlətdir. 

“Hazırda ölkənin beşinci milli icmalının hazırlanması istiqamətində işlər aparılır. Azərbaycan DİM-lərin maliyyələşdirilməsi üçün İnteqrasiya edilmiş Milli Maliyyələşdirmə Çərçivəsindən (INFF) və SDG Investor Map alətlərindən istifadə edir, eyni zamanda dövlət-özəl tərəfdaşlığı mexanizmlərinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir”, - deyə o qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 İyun 2026 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see398

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see337

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see334

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see305

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see304

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see292

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see289

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see286

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see278

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see272

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see267

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see266

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see254

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see251

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see246

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see241

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see240

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see235

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see226

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri