Bu gün 8 idman növü üzrə yarış olacaq III MDB Oyunları
Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanda təşkil olunan III MDB Oyunlarında bu gün 8 idman növü üzrə yarışlar olacaq.
QOL.az xəbər verir ki, əvvəlcə Qəbələ İdman Olimpiya Kompleksində stolüstü tennis üzrə fərdi yarışların final mərhələsi keçiriləcək. Oyunlara saat 10:00-da start veriləcək.
Daha sonra Qəbələ atıcılıq klubunda stend atıcılığı, Gəncə İdman Sarayında üzgüçülük üzrə yarışlar keçiriləcək. Qəbələ şəhər stadionunda futbol üzrə 16 yaşadək yığmalar arasında növbəti oyunlar keçiriləcək. B qrupunda Belarus Özbəkistanla üz-üzə gələcək. A qrupunda isə Qırğızıstan Tacikistanla qarşılaşacaq.
Bu gün, həmçinin 4 növ üzrə yarışlara start veriləcək. Göygöl Olimpiya İdman Kompleksində sambo, Yevlax Olimpiya İdman Kompleksində boks, Mingəçevir Kür Olimpiya Olimpiya Mərkəzində taekvondo yarışları baş tutacaq. Gəncə İdman Sarayında isə voleybol matçları gerçəkləşəcək. Azərbaycanın qadınlardan ibarət millisi Tacikistanla qarşılaşacaq. Matç saat 18:30-da başlayacaq.
Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 29 Sentyabr 2025 09:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















