Bu gün Aktaudan gətirilən üç yaralının hazırki vəziyyəti açıqlanıb
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qazaxıstanın Aktau şəhərində Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan və Qazaxıstanda 6 gün ərzində Reanimasiya şöbəsində müalicə olunan 3 Azərbaycan vətəndaşı təcili tibbi yardım briqadası tərəfindən Yeni Klinikaya təxliyə olunub.
APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, Səhiyyə naziri Teymur Musayev və TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov xəsarət alan vətəndaşlarımızı ziyarət edib, onların səhhəti ilə maraqlanıb.
Hazırda ixtisaslı həkimlər tərəfindən instrumental-diaqnostik muayinələr aparılır, vəziyyətlərinə uyğun olaraq müaviq şöbələrə yerləşdirilməsi təmin olunacaqdır.

Daha üç Azərbaycan vətəndaşı Aktaudan Vətənə gətiriləcək FOTO
30 Dekabr 2024 21:09
Qəzada xəsarət alan üç vətəndaşımız Aktaudan Vətənə gətirildi
30 Dekabr 2024 22:23
Nazir müavini: Vəziyyəti ağır olan üç nəfərin hazırda Aktaudan Bakıya gətirilməsi məqsədəuyğun deyil
26 Dekabr 2024 19:59
Həsən Kürün hazırki vəziyyəti açıqlanıb
23 Fevral 2025 21:29
Təyyarənin qalıqları Aktaudan çıxarılır Video
03 Yanvar 2025 21:16
