Icma.az
close
up
RU
“Bu gün ambisiyalı danışmağın yeri də yoxdur”

“Bu gün ambisiyalı danışmağın yeri də yoxdur”

Icma.az, Idmanxeber.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Səbail” Misli Premyer Liqasının 30-cu turu çərçivəsində doğma meydanda “Qarabağ”a 1:4 hesabı ilə məğlub olub.

İdmanxeber.az xəbər verir ki, “dənizçilər”in məşqçisi Elvin Məmmədov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Bilirdik ki, bizi ağır oyun gözləyir. “Qarabağ”ın gücü bəllidir. Uşaqlara təşəkkür edirəm ki, mübarizə apardılar. Çatışmazlıqları bilirik. Bundan sonrakı oyunlara hazırlaşıb, maksimum nəticələr əldə etmək istəyirik.

– Futbolçu kimi demişdiz ki, Birinci Liqada oynamaram. Məşqçi karyeranız Birinci Liqaya doğru gedir. Orada işləyərsiz?

– Rəhbərliyə təşəkkür edirəm ki, gənc yaşda bu şansı mənə verdilər. Mənim üçün təcrübədir. Sonranı bu dəqiqə fikirləşmək istəmirəm. Nə xeyirlidirsə, o da olsun. İndidən nəsə demək tezdir. Məşqçiliyə yeni başlayıramsa, niyə də olmasın? Bu gün ambisiyalı danışmağın yeri də yoxdur. Yeni başlamışam. 

– Matçın əvvəlində ardıcıl qollar olmasaydı, daha çox müqavimət göstərərdiz?

– “Qarabağ”ın gücü bəllidir, onlara qarşı maksimum hazırlaşmışdıq. Yaxşı mübarizə aparırdıq. Uşaqlara demişdik ki, “Qarabağ” səhvi bağışlamır. Keçidləri möhtəşəmdir. Futbolda səhv qaçılmazdır. Demirəm udacaqdıq, amma yaxşı mübarizə gedirdi. Qollar oyunu sındırdı. 

– Dediz ki, bu yaşda rəhbərlik sizə şans verib. Niyə belə düşünürsüz?

– Bəlkə bu da mənim təcrübəsizliyimdən irəli gəlir ki, fikrimi çatdıra bilmədim. İş təcrübəsi və kateqoriya baxımından deyirəm. Avropa futbolunda nə qədər gənc məşqçi var. 

– Şahin Diniyevdən sonra komandaya siz dəvət edildiz. Rəhbərlik sizi həmin vaxt saxlasaydı, vəziyyət başqa cür olardı?

– Bu barədə böyük-böyük danışmaq istəmirəm. Bəlkə bundan betər, ya daha yaxşı ola bilərdik. Gələcəyə baxmaq, bunun da altından qalxmaq lazımdır. 

– Belə çətin vaxtda özünüzə necə motivasiya verirsiz?

– Futbolçu olmuşam, bu çətinlikləri futbolçu kimi də yaşamışam. Sevdiyim işdir. Çətindir. Klubda rəhbərlikdən dəstək var. Ümid sonda ölür. Qarşıda oyunlar var. Hər şey dəyişə bilər. Zaman lazımdır. 

– “Kəpəz”lə xal fərqini aradan qaldırmağı şansa, möcüzəyə bağlayırsız?

– Futbolda hər şey mümkündür. 

– Cavid Hüseynov demişdi ki, rəhbərlik komandanın yanında deyil. İndi rəhbərlik komandanın yanındadır?

– Hər kəsin fikrinə hörmətlə yanaşıram. Cavid o sözləri deyibsə, öz aqrumenti var. Onun əvəzinə danışa bilmərəm. Birinci periodda da, indi də rəhbərlik yanımdadır. Onların dəstəyini hiss edirik. Hiss etdiriblər ki, buradayam.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 11 Aprel 2025 22:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see333

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see325

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see320

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see292

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see284

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see197

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri