Bu gün Azərbaycan İkinci Liqası uğrunda pley off görüşü keçiriləcək
Icma.az bildirir, Sportal.az portalına istinadən.
Bu gün Azərbaycan II Liqasına vəsiqə uğrunda pley-off qarşılaşması baş tutacaq.
Sportal.az xəbər verir ki, "ASCO Arena"da İkinci Liqada 13-cü pilləni tutan klubla AFFA Region Liqasının finalçısı üz-üzə gələcək.
"Lerik" "Şirvan"la qarşılaşacaq. Bu matçda qalib gələcək komanda növbəti mövsüm İkinci Liqada mübarizə aparacaq. Məğlub olan komanda isə Region Liqasında iştirak edəcək.
Matçı FİFA referiləri idarə edəcəklər.
Azərbaycan II Liqasına vəsiqə uğrunda pley-off oyunu
16:00 "Lerik" - "Şirvan"
Baş hakim: Əliyar Ağayev
Yan xətt hakimləri: Zeynal Zeynalov, Akif Əmirəli
Dördüncü hakim: Fərid Hacıyev
VAR: Cavid Cəlilov
AVAR: Əli Əliyev
Hakim-inspektor Babək Quliyev
AFFA nümayəndəsi Emin Cəfərov

2025/2026 mövsümündə Azərbaycan Premyer Liqası uğrunda pley off oyunu olacaq
19 Fevral 2025 17:17
Azərbaycan Premyer Liqası: Bu gün iki oyun keçiriləcək
29 Noyabr 2024 12:49
İsveç Azərbaycan oyununda ikinci qol vuruldu Millətlər Liqası
20 Noyabr 2024 00:28
Azərbaycan Basketbol Liqası: Bu gün daha bir oyun keçiriləcək
09 Yanvar 2025 09:49
Azərbaycan Basketbol Liqası: Bu gün daha iki oyun keçiriləcək
04 Dekabr 2024 14:27

